Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-866/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, 07 may 1994-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu Piyadalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində “Bərdə” otelin qarşısında uca səslə telefonla danışaraq şöyüş söymüş və qəsdən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8 izahatında göstərdi ki, Şəxs 26 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospekti “Bərdə” otelin qarşısında uca səslə telefonla danışaraq nalayiq söyüşlər söymüşdür. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamış, əlavə olaraq polisə müqavimət göstərmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında ona qarşı irəli sürülən ittihamla razı olmayaraq göstərdi ki, polislərin bildirdiyi yerdə deyil, kafedə oturub yemek yeyirdi. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb güc tətbiq edərək polis bölməsinə getməsini bildirmişlər. Polis bölməsində olarkən ona ilk görünüşdən narkotik vasitəyə bənzər ağ bükümdə olan sellofanı verərək sənədi imzalayıb, onun olduğunu boynuna almasını bildirdirmişlər. O razılaşmadıqda isə polis əməkdaşları ona güc tətbiq etmişlər. Məhkəmədən barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hazırki iş üzrə Şəxs əməlində heç bir inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, Şəxs 26 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində “Bərdə” otelin qarşısında uca səslə telefonla danışaraq öz hərəkətlərini davam etdirmiş ictimai yerdə nalayiq söyüşlər söymüşdür. Dəfələrlə qanuna dəvət edilsə də polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar barəsində inzibati icraat aparılan Şəxs sakitçiliyə dəvət etdikləri zaman sonuncu heç bir əsas olmadan müqavilmət göstərməyə başlamışdır. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Şəxs 26 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində “Bərdə” otelin qarşısında uca səslə telefonla danışaraq öz hərəkətlərini davam etdirmiş ictimai yerdə nalayiq söyüşlər söymüşdür. Dəfələrlə qanuna dəvət edilsədə polisin qanuni tələblərinə tabe olmamışdır. Onlara əsassız yerə müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Şəxs 26 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində “Bərdə” otelin qarşısında dükandan su almaq istəyirdim. Bu zaman zalda əyləşən və adını sonradan bildiyim Şəxs uca səslə telefonla danışıb nalayiq ifadələr işlətdiyini eşitdim. Bu zaman polislər ona yaxınlaşaraq sakitçiliyə dəvət etsələr də, o, polislərə tabe olmayaraq müqavimət göstərməyə başladı. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 26 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 26 iyul 2022-ci il tarixdə Bərdə şəhəri Heydər Əliyev prospektində, “Bərdə” otelin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamış və xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə və həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların mahiyyətlərini anlamamaqla bərabər polislərin ona qarşı düşmənçilik etmələrini və ona şər atmalarını təkidlə bildirməsi onun öz əməllərindən səmimi peşmançılıq hissinin keçirməməsinə dəlalət edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Çünki Şəxs xidməti fəaliyyətdə olan polis əməkdaşlarına qanuni vəzifələrini icra edərkən onlara etirazını bildirmiş, onların qanuni tələblərinə tabe olmamış və fəal müqavimət göstərmişdir. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 26 iyul 2022-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-866/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-866/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver