Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-867/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X4 təhlükəsizlik bölməsinin sahə rəisi, polis inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bərdə rayonu doğulmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu,Qazaxlar kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2022-ci il tarixdə radələrində Bərdə rayonu, Babək küçəsində yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının giriş hissəsində xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin sahə rəisi Bərdə rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs 25 iyul 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının giriş hissəsində xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış,polisə müqavimət göstərmişdir. Həmçinin o sərxoş vəziyyətdə olmuşdur. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Söyüş və təhqir ifadələri demişdir. O yaranmış mübahisə ilə əlaqədar Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət olundu. Lakin polislərlə əlbəyaxa olduğu üçün şöbəyə gətirilməsi də mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, iş ahəngini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra polis əməkdaşları Şəxs barəsində protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 25 iyul 2022-ci il tarixdə həqiqətən də içkili vəziyyətdə olduğu üçün özündə olmayaraq polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Əməlindən səmimi peşmandır. Polis əməkdaşlarından üzr istəyir. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin etməyi xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi polis X3 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Şəxs 25 iyul 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında içkili vəziyyətdə ucadan qışqıraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Şəxs 25 iyul 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında içkili vəziyyətdə ucadan qışqıraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsin xahiş etdi. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 25 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 25 iyul 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının giriş hissəsində xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məhkəmə iclas zalında içkili olduğunu, öz hərəkətlərini həmin zaman bilmədiyini, ahzırda polis əməkdaşlarından üzr istəməsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-867/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-867/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver