Məhkəmə qərarları › İş №3(021)-868/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-868/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-868/2022 10.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1964-cü il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, C.Cabbarlı küçəsi ev 3-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində İXP № ******* saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində X15 məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ 21061” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Qaradəmirçi kəndində Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı apararkən, yolun sol tərəfinə dönmə əməliyyatı edən X4 idarə etdiyi “Labo” minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxa hissədə vuraraq toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Labo” minik markalı **-GU-*** d.q.n.n-li avtomobildə sərnişin olan X11, X17, həmçinin “VAZ 21061” minik markalı, **-BK-*** d.q.n.n-lı avtomobildə sərnişin olan X16, X19 müxtəlif bədən xəsarətləri almışlar. Hadisə ilə əlaqədar araşdırma aparılmış və Bərdə rayon X18 Bölməsinin müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən HK-1/1853 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti “VAZ 21061” minik markalı, **-BK-*** d.q.n.n-lı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə rayon X21 X26 göndərilmişdir. Ona görə də Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru polis kapitanı X12 tərəfindən Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada işdə iştirak edən şəxslərə məlumat verilsə də protokolu tərtib etmiş şəxs və barəsində inzibati icraat aparılan şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00-da “VAZ 21061” markalı, **-BK-*** avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin İB-nin müstəntiqi Sənan Bayramzadə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/1853 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Həmçinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bərdə rayon təcili tibbi yardım stansiyasının “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli, 657 nömrəli aktından görünür ki, hadisə vaxtı Şəxs alkoqol sərxoşluğu əlaməti olmamış, ayıq olmuşdur. Bərdə rayon təcili tibbi yardım stansiyasının “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli, 658 nömrəli aktından görünür ki, hadisə vaxtı X5 alkoqol sərxoşluğu əlaməti olmamış, ayıq olmuşdur. AC 138479 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ-21061 minik” markalı ** BK *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X15 məxsusdur. 309956 nömrəli etibarnamənin surətindən görünür ki, “VAZ-21061 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı minik avtomobili Şəxs etibar edilmişdir. AE 037406 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Labo yük” markalı ** GU *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X6 məxsusdur. B1, B, C1, C kateqoriyalı BD 201617 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 avtomobil idarə etmək hüququ vardır. xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “Labo yük” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5710 manat maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “VAZ-21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2013 manat maddi ziyan dəymişdir. Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan X17 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, Bərdə RPŞ-nin İB-də araşdırılan xx.xx.2022-ci il tarixli HK-1/1853 saylı material ilə bağlı günahkar sürücü Şəxs oğlndan heç bir şikayət və tələbinin olmadığını bidlirmişdir. Bərdə rayonu Cumalar kəndində yaşayan X16 ərizə ilər rayon polis şöbəsinə müraciət edərək, Bərdə RPŞ-nin İB-də araşdırılan xx.xx.2022-ci il tarixli HK-1/1853 saylı material ilə bağlı günahkar sürücü Şəxs oğlndan heç bir şikayət və tələbinin olmadığını bidlirmişdir. “MTE və PA” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 316 nömrəli rəyindən görünür ki, X13 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ ayaq pəncəsi və sğ bel nahiyələrinin qançırları, sol baldır nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlə olduqları üçün dərəcələri təyin edilmir. “MTE və PA” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 315 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. “MTE və PA” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 317 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyəsinin qançırı ilə burun sümüyünün natamam yerdəyişməyən əxtti sınığı, sağ dirsək oynağı nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “MTE və PA” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 322 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qaş, alt çənə, alın, burun nahiylərinin əzilmiş-sıyrılmış yaraları, burun çəpərinin qığırdaq hissədə qırılması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İnzibati materiala əlavə edilmiş AC 456544 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC dərəcəli sürücülük hüququ verilmişdir. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ-21061” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində Bərdə avtomobil yolu ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətinin təmin edilməsi baş verməməsi ilə nəticələnən idarəetmə ilə əlaqədar hərəkətləri (manevr) aparmamalı olduğu halda bunları etməyərək, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan X4 idarə etdiyi “Labo” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Toqquşma nəticəsində sərnişin X6 dərəcəsi təyin edilməyən, sərnişin X14 burun nahiyəsinin qançırı ilə burun sümüyünün natamam yerdəyişməyən xətti sınığı, sağ dirsək oynağı nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmiş, sərnişin X2 qaş, alt çənə, alın, burun nahiylərinin əzilmiş-sıyrılmış yaraları, burun çəpərinin qığırdaq hissədə qırılması ilə nəticələn dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmiş xəsarətlər yetirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP № ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə sasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 nəfər zərərçəkmiş şəxslər X11, X17, X16, X13 “yüngül” bədən xəsarətləri alaraq sağlamlıqlarının qısa müddətə pozulmasına səbən olan yol nəqliyyat hadisəsi törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını isə yüngülləşdirici hal kimi nəzərə alır. Həmçinin məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərаrın icrаsı Azərbaycan Respublikasının Baş X29 İdarəsinə həvаlə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar