Məhkəmə qərarları › İş №3(021)-87/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-87/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-87/2023 23.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, evli, işsiz, Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü mаddəsi ilə inzibаti xətа haqqında 11 yanvar 2023-cü il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 11 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində “Vaz 21011 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyi zaman yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmişdir. Məhkəmə iclаsındа Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X5 bildirmişdir ki, 11 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kənd asfalt yolunda Şəxs idarə etdiyi “Vaz 21011 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili manevr qaydasını pozaraq idarə etməni itirmiş, dayanmış vəziyyətdə olan X3 məxsus “BMW Minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Hadisə zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrinin tərkibini yaratdığı üçün tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçkmiş şəxs X4 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kənd asfalt yolunda hərəkətdə olan zaman əks istiqamətdə olan “Vaz 21011 minik” markalı avtomobil yüksən sürətlə idarə edərək onun qarşısına çıxmış, oda öz növbəsində qəzadan yayınmaq məqsədi ilə avtomobilini saxlamış, lakin qəzanın qarşısını almaq mümkün olmamış və onun avtomobilini sağ ön hissədən vuraraq toqquşmuşdur. Bundan sonra sürücü avtomobildən enmiş. O içkili vəziyyətdə idi. Özünü idarə edə bilmirdi. Sürücü onu təhqir edərək sürüb getmişdir. Hadisə nəticəsində avtomobili əzilmiş və beləliklə ona maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini və Şəxs ağır tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kənd asfalt yolunda hərəkətdə olan zaman sərxoş vəziyyətdə olduğu üçün idarə etdiyi “Vaz 21011 minik” markalı avtomobillə idarəetməni itirmiş və qarşı yola çıxaraq qarşıdan gələn avtomobillə toqquşmuşdur. Qəzaya səbəb onun sərxoş olması və özündə olmaması olmuşdur. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Ziyan ödəməyə imkanı yoxdur. Məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmə hesаb edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibаti iş mаteriаllarına əlаvə edilmiş Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi “Vaz 21011 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdə dayanmış “BMW Minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, 11 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində “Vaz 21011 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyi zaman yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmişdir, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs olunmalıdır. Məhkəmə xüsusi olaraq onu da qeyd etmək istəyir ki, baş vermiş yol nəqliyyat hadisələrini ağır nəticələrə səbəb olma hallarının bir çoxu sürücülərin spirtli içki qəbul edərək nəqliyyat vasitələrini idarə etməsi səbəbindən baş verir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamında da xüsusi olaraq yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ilə bağlı məsələlər ön plana çəkilmişdir. Onu da qeyd etmək lazımdır ki, Şəxs “Vaz 21011 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili vəziyyətdə idarə etdiyi zaman zərər çəkmiş şəxs X3 məxsus “BMW Minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsindən vuraraq maddi ziyan dəymiş, bundan sonra barəsində inzibati icraat aparılan şəxs zərərçəkmiş şəxsi təhqir etmiş, maddi ziyanı ödəməkdəm imtina etmiş, barışmağa, vurulmuş ziyanı ödəməyə cəhdlər etməmiş və zərərçəkmiş şəxs də öz növbəsində barəsində inzibai icraat aparılan şəxsdən şikayətçi olduğunu və vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olduğu halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə təqsirli bilənməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə əsasən bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması və həbs tənbehinin tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 02 il müddətinə nəqliyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 23 yanvar 2023-cü il tarixdən saat 14:35-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİnin Yevlax 7 saylı RQİŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar