Məhkəmə qərarları › İş №3(021)-87/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-87/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-87/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, X8 İdarəsinin nümayəndəsi X6, şikayətçi X1 müdafiəçisi Nümayəndə1 iştirakları ilə, X8 İdarəsinin inzibati xəta haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X1 müdafiəçisi Nümayəndə1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X8 İdarəsinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilmişdir. Şikayətçi X1 müdafiəçisi Nümayəndə1 məhkəməyə şikayət verərək X8 İdarəsinin inspektoru X7 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA6182521 pasport nömrəli, xx.xx.1977-ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X3 barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X1 müdafiəçisi Nümayəndə1 şikayətini onunla əsaslandırmışdır ki, X8 İdarəsinin inspektoru X7 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA6182521 pasport nömrəli, xx.xx.1977-ci ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X2 barəsində xx.xx.2024-cü il tarixdən əcnəbinin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması əsası ilə xx.xx.2024-cü il tarixdə İXM-nin 575.1.4-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən hüquqlarını müdafiə etdiyi əcnəbi vətəndaşın barəsində 400 manat cərimə edilməklə 60 gün müddətində ölkə hüdudlarından inzibati qaydada çıxarılma və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilmişdir. Şəxsin izahatı protokolun əsası olaraq götürülmüşdür. Qeyd olunan qərar hüquqlarını müdafiə etdiyi şəxsə xx.xx.2024-cü il tarixdə Miqrantların saxlanılma mərkəzində təqdim edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs İsveçrə ölkəsinə məxsus CNHİ İnternational şirkətinin Özbəkistandakı istehsal zavodu olan “UZCASEMASH” hüquqi şəxsin xüsusi nümayəndəsi olaraq alqı-satqı üçün ölkəyə göndərilmiş, pambıq yığan kombaynların monitorinqi məqsədi ilə xx.xx.2024-cü il tarixdə ölkəyə ezam edilmişlər. Ezam olunduqları Azərbaycan şirkəti isə CNHİ İnternational şirkətinin Azərbaycandakı rəsmi dileri X13 QSC olmuşdur. Əcnəbi şəxs ölkəyə gəldikdən sonra xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yerləşən “Prins “ Hoteldə müvəqqəti qeydiyyata düşmüşdür. xx.xx.2024-cü il tarixdə müvafiq səlahiyyətli orqanın əməkdaşları hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin yaşadığı hotelə yaxınlaşaraq həmin şəxsi qanunsuz miqrantların saxlanılma mərkəzinə aparmış və orada qanunsuz olaraq saxlanılmışdır. Hesab edir ki, qeyd olunan qərarda inzibati xəta tərkibi yoxdur və aşağıdakı hallara görə əsassızdır və ləğv edilməlidir. Müvafiq səlahiyyətli orqan tərəfindən Miqrasiya Məcəlləsinin 51-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Qeyd olunan normanın dispozisiyasından da görünür ki, hüquqi şəxs ilk öncə öz fəaliyyət sahəsinə uyğun vəzifə üzrə işçi axtarmalı və ehtiyac yarandıqda xarici mütəxəssisləri həmin işə cəlb etməlidir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs ölkəyə iş üçün yox, müvafiq yoxlama aparılması (istehsal etdiyi məhsulların ölkədə satışının yoxlanılması) məqsədi ilə ezam edilmişdir. Bu faktın digər bir sübutu müvafiq protokolda qeyd olunan X13 QSC-nin fəaliyyət sahəsidir. Həmin şirkətin fəaliyyət sahəsi kənd təsərrüfatı texnikalarının alqı-satqısıdır. Həmin şəxs ölkəyə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hər hansı bir hüquqi şəxsin dəvəti ilə yox, öz daxili qərarı ilə gəlmişlər. Ancaq səlahiyyətli orqan tərəfindən tərtib olunan protokolda hüquqlarını müdafiə etdiyi şəxsin guya kombayn operatoru kimi fəaliyyətlə məşğul olması göstərilmişdir. Buradan sual yaranır ki, alqı-satqı fəaliyyəti ilə məşğul olan şirkət “kombayn operatoru” vəzifəsində işçini hansı əsasla işə cəlb etsin?. Ümumiyyətlə, ştat cədvəlində bu vəzifə niyə yaradılmalıdır? Bundan başqa müvafiq hüquqi şəxslı Yarmahamat Turdievin arasında hər hansı əmək müqaviləsi də bağlanmamışdır. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin əmək fəaliyyəti ilə məşğul olmamasının digər bir bariz sübutu onun müvafiq hüquqi şəxsin fəaliyyət göstərdiyi ofis və ya ərazidə əmək fəaliyyəti ilə məşğul olmamasıdır. Bu halı səlahiyyətli orqan sübut etməlidir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin barəsində aparılmış inzibati xəta ilə bağlı icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs qanunsuz miqrantların saxlanılma mərkəzində qanunsuz otaraq saxlanılmışdır. Çünki qanunvericiliyin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda şəxs saxlanılmalıdır. Ancaq bununla bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs barəsində inzibati xəta ilə bağlı icraat aparılan zaman müdafiəçi ilə təmin edilməyib. Bu da həmin şəxsdən alınan izahatın doğruluğunu şübhə altına alır. Hesab edir ki, müvafiq izahat basqı altında yazılmışdır. Çünki hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs qanunsuz miqrantların saxlanılma mərkəzindən buraxıldıqdan sonra tərəfindən onunla görüş keçirilmiş və görüşün nəticəsi olaraq “RMX-də müvafiq hüquqi şəxsin işçisi olmadığını, aralarında hər hansı bir əmək münasibətinin olmamasını bildirsə də, ona təzyiq edərək etirafedici izahatlar yazdırılması“ bildirilmişdir. Bundan başqa səlahiyyətli orqan icraat zamanı işi hərtərəfli araşdırmaq üçün müvafiq hüquqi şəxsin nümayəndəsini də icraata cəlb etməli olduğu halda bunu etməyərək qərar qəbul etmişdir. Şikayətçi X1 müdafiəçisi Nümayəndə1 məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək X8 İdarəsinin inspektoru X7 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA6182521 pasport nömrəli, xx.xx.1977-ci il təvəllüdlü, hüquqlarını müdafiə etdiyi X3 barəsində qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehlə bağlı qərarından şikayət verildiyi zaman İXM-nin 130.1-ci maddəsi ilə qərardan şikayət verilməsi ilə müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 müdafiəçisi Nümayəndə1 şikayətdə və ərizədə göstərdiklərini bir daha təsdiq edərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və X8 İdarəsinin inspektoru X7 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA6182521 pasport nömrəli, xx.xx.1977-ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X3 barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X8 İdarəsinin nümayəndəsi X9 göstərdi ki, Dövlət Miqrasiya Xidməti tərəfindən xidməti ərazidə qeydiyyata düşən şəxslər barəsində mütəmadi olaraq ünvan yoxlamaları və araşdırmalar aparılır. Yoxlama nəticəsində X3 öz yazılı izahatında və məlumatında bildirmişdir ki, “X13” MMC-nin dəvəti ilə ölkəyə gəlmiş, gündəlik iş rejiminə uyğun olaraq fəaliyyət göstərilər, onun bütün xərcləri “X13” MMC tərəfindən qarşılanır. X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 575.1.4-cü maddəsi ilə qərar qəbul edilmişdir. Bundan başqa həmin şəxsi işə qəbul edən “X13” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə sənədlər hazırlanaraq məhkəməyə göndərilmiş, məhkəmə həmin hüquqi şəxs barəsində 15 000 manat məbləğində inzibati tənbeh növündə cərimə təyin etmişdir. Yarmahamat Turdiev ona təyin edilmiş 400 manat məbləğində cəriməni ödəmişdir. Şəxs əgər inzibati xəta törədirsə məhdudiyyət qoyulur, şəxsə cərimə olunması barədə qərar verilirsə şəxs ya cəriməni ödəyir, cəriməni ödəyə bilmirsə şəxsə girişinə qadağa qoyulur və şəxs cəriməsi ola-ola ölkəni tərk edə bilir və şəxs cəriməni ödədiyi halda ölkəyə daxil ola bilir. X5 Məcəlləsində qeyd olunan 64-cü maddənin heç bir tələblərinə, yəni iş icazəsi tələb olunmayan heç bir hala uyğun gəlmir, o cümlədən, Nazirlər Kabinetinin səkkiz kateqoriyası mövcuddur ki, həmin kateqoriyanın da heç birinə uyğun gəlmir. Belə ki, Yarmahamat Turdiev ölkəyə “X13” MMC-nin dəvəti ilə ezam olunmuşdur. Lakin qanunvericiliyin tələblərinə görə daxil olarkən iş icazəsi alması labütdür. Yarmahamat Turdiev ölkədə iş icazəsi almadan fəaliyyət göstərdiyinə görə barəsində müvafiq qərar qəbul edilmişdir. “X13” MMC tərəfindən kombaynlar alınmış və həmin kombayınlar satılsa da, kombaynların işlədilməsi üçün kadrlar yoxdur. Yarmahamat Turdiev həmin kadrların hazırlanması üçün ezam olunmuşdur. Artıq burada əmək münasibətləri yaranmışdır. Fərqi yoxdur ki, pulu burada və ya öz ölkəsində almışdır. Qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə şikayətçi X1 müdafiəçisi Nümayəndə1 şikayətini və işdə olan materialları nəzərədən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 82129542 nömrəli bildirişdən görünür ki, X3 11 noyabr 2024-cü il tarixdə Bərdə “Prins” Hotel ünvanda qeydiyyata alınmışdır. Qeydiyyatın son tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. 25 oktyabr 2024-cü il tarixli 265 nömrəli əmrdən görünür ki, istehsal zərurəti ilə əlaqədar olaraq CE 220 TZST pambıqyığan kombaynın sazlanması və təmiri üzrə nümayiş tədbirlərində iştirak etmək üçün mexaniki montaj ustası X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi Bakı şəhərinə (Azərbaycana) ezamiyyətə göndərilməsinə əmr verilmişdir. X1 Azərbaycan Respublikası Miqrasiya İdarəsinin rəisi Vüsal Hüseynova ünvanladığı 18 noyabr 2024-cü il tarixli ərizəsində göstərilir ki, Özbəkistan Respublikasının vətəndaşı X3 işlə bağlı “X14”nin dəvəti ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan ərazisinə gəlmişdir. Firma ”Uzcosemash” “X13” sirkətinə konbayn satışını həyata keçirmək məqsədilə hazırda xidmət göstərmələri üçün onları operator olaraq göndərmişdir. xx.xx.2024-cü il tarixdən o Ağcabədi rayonu Hindarx qəsəbəsində kombayn operatoru işləmişdir. Gəliş və gediş biletləri, qalmaq və yemək xərcləri “X13” tərəfindən ödənilir. Hər gün saat 0900-dan axşam 0500-dək işləyirlər. Göstərilmiş xidmətə görə maaşını Özbəkistanda alacaq. Hazırda onlar “X13” şirkətində işləyirlər. X8 İdarəsinin inspektoru X7 tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X3 30 oktyabr 2024-cü il tarixdən Ağcabədi rayonu ərazisində iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. X8 İdarəsi tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-24/2025 saylı qərarından görünür ki, “X13” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X8 İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmişdir. Belə ki, Özbəkistan Respublikası vətəndaşı Yarmahamat Turdiev iş icazəsi tələb olunduğu halda bu icazə olmadan Ağcabədi rayonunun ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. X5 İdarəsində verdiyi izahatında da Ağcabədi rayonunun Hindarx qəsəbəsində kombayn operatoru işlədiyini, gəliş və gediş biletlərinin haqlarının, qalmaq və yemək xərclərinin “X13” MMC tərəfindən ödənildiyini qeyd etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-24/2025 saylı qərarı ilə “X13” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsinin (Əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) dispozisiyasına görə işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə inzibati məsuliyyət yaranır. İXM-nin: 575.1 və 575.1.4-cü maddələrinə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 29.3-cü maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır. İstinad olunan qanunvericilik norması Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququnun 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılmalı olmasını imperativ qaydada müəyyən etmişdir. Göründüyü kimi, X1 hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 575.1.4cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İXM-nin 135-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri mövcud deyildir. Məhkəmə hesab edir ki, X8 İdarəsinin X1 barəsində tərtib etdiyi 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından X1 müdafiəçisi Nümayəndə1 verdiyi şikayət təmin edilməsin. X8 İdarəsinin X1 barəsində inzibati tənbeh vermə haqqında 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar