Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-870/2024 20.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci ildə Tərtər rayonunda anadan olmuş, subay, işləməyən, İİ qrup əlil, Tərtər şəhəri Nizami küçəsi ev 91-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində sürücülük hüququ olmadan orta dərəcə sərxoş vəziyyətdə idarə etdiyi dostu X5 məxsus “Hundai İ 30" minik markalı, 27- AB-167 dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri H.Aslanov küçəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirdiyi üçün avtomobil yolun sağ kənarında olan daş hasara çırpılmış, nəticədə Şəxs müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol gicgah və təpə paylarının löhvəvari epidural hematoması, sol təpə və əsas sümüklərin yerdəyişməyən sınıqları, L4 fəqərəsinin sağ yan çıxıntısının L5 fəqərə və cisminin ön kolonnasının fəsadlaşmış kompression sınığı ilə müşayiət olunan dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, 44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, ikinci qrup əlildir, qazidir. “Suqovuşanın azad olunmasına görə”, “Talışın azad olunmasına görə”, “Laçın rayonunun azad olunmasına görə", “Cəsur döyüşçü", “Vətən müharibəsi” iştirakçısı medalları ilə təltif olunmuşdur. Avtomobil idarə etmək hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə Tərtər şəhərində dostu X4 toy şənliyi keçirilmişdir. O da həmin toy şənliyində dostları ilə iştirak edib yemək yeyib araq içmişdir. Saat 23:40 radələrində Şahin Əliyev ondan Bakı şəhərindən gələn qonaqları Bərdə şəhərində yola salacağı üçün geri qayıdanda onu gətirmək üçün onun avtomobilini arxasınca idarə edib Bərdə şəhərinə gəlməyini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində sərxoş vəziyyətdə Şahinə məxsus “Hundai İ30” minik markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında əyləşmiş, dostu Fərid Vəlizadə avtomobilin qabaq oturacağında, Rəvan Qədimov isə arxa oturacağında əyləşmişdir. Bərdə şəhəri H.Aslanov küçəsində çatdıqda avtomobili təxminən 100-110 km/saat sürətlə idarə edib Şahin Əliyevi ötmək üçün ötmə əməliyyatı etmişdir. Bu zaman qarşıda olan sərt döngədə idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında olan daş hasara çırpılmış, daha sonra fırlanıb yolun hərəkət hissəsində dayanmışdır. Zərbənin təsirindən avtomobilin sürücü tərəf qapısının pəncərəsindən yola düşmüşdür. Qəza zamanı sərxoş vəziyyətdə olmuşdur. Qəza nəticəsində özü xəsarət almış, lakin sərnişinlərdən heç kim xəsarət almamışdır. Qazi olmaqla, İİ qrup əlil olmasının nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X3 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində sürücülük hüququ olmadan orta dərəcə sərxoş vəziyyətdə idarə etdiyi dostu X5 məxsus “Hundai İ30" minik markalı, 27- AB-167 dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri H.Aslanov küçəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirdiyi üçün avtomobil yolun sağ kənarında olan daş hasara çırpılmış, nəticədə Şəxs müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol gicgah və təpə paylarının löhvəvari epidural hematoması, sol təpə və əsas sümüklərin yerdəyişməyən sınıqları, L4 fəqərəsinin sağ yan çıxıntısının L5 fəqərə və cisminin ön kolonnasının fəsadlaşmış kompression sınığı ilə müşayiət olunan dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bərdə Rayon Polis X2 17 may 2024-cü il tarixli qərarına əsasən cinayət işi başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün qərarın surəti Bərdə Rayon Polis X8 Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan: Bərdə Rayon Polis X2 17 may 2024-cü il tarixli qərarından görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün qərarın surətinin Bərdə Rayon Polis X8 Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 20 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs sürücülük hüququ əsasında nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir. -Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr. Döş qəfəsinin sol yarısının, qarın boşluğuna nüfuz edən kor güllə və qəlpə yaralanması ilə. (xx.xx.2020) Loparatomiya sol tərəfli kolostomanın qoyulması əməliyyatından və qarın boşluğunun drenə edilməsindən, yaraların birinci cərrahi işlənməsindən sonrakı vəziyyət (xx.xx.2020). Fəaliyyət göstərən kolostoma. Pararektal nahiyənin qanqrenası və fassiti (xx.xx.2020). Relaparatomiya qarın boşluğunun sanasiyası. Xroniki qəbzlik (3-4 gündən bir). Həzm funksiyasının əhəmiyyətli dərəcədə pozulması. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Qaraciyərin V seqmentinin yumşaq toxmasının qəlpə yaralanması, qəlpənin saxlanması. Böyük sağrı əzələsinin qəlpə yaralanması. Qəlpənin saxlanması. İXM-in 32.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs Vətən Müharibəsinin, yəni 44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Qazi olması, yəni ikinci qrup əlil olması, “Suqovuşanın azad olunmasına görə”, “Talışın azad olunmasına görə”, “Laçın rayonunun azad olunmasına görə", “Cəsur döyüşçü", “Vətən müharibəsi” iştirakçısı medalları ilə təltif edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində İXM-in 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsini dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-870/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-870/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver