Məhkəmə qərarları › İş №3(021)-872/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-872/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-872/2024 20.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 20 avqust 2024-cü il tarixdə, MN №1749614 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(021)-924/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs İsmyaıl oğlundan 17684 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Veysəloğlu MMC-yə ödənilməli, Bərdə rayon məhkəməsinin 15 aprel 2015-ci il tarixli 2(021)-1188/2015 saylı əmrinə əsasən Şəxs və X3 müştərək qaydada 1000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq X7 MMC-nin hesabına ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda 18134 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun Veysəloğlu MMC-yə borcu vardır, lakin X9 MMCyə olan borcu ödəmişdir. X9 MMC-yə borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində İXM 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 20 avqust 2024-cü il tarixdə, MN №1749614 saylı inzibati xəta haqqında potokol Şəxs Veysəloğlu MMC-yə və X9 MMC-yə olan borca əsasən tərtib edilmişdir. Lakin məhkəmə iclasında borclu Şəxs X9 MMC-yə olan borcunu ödədiyini və hazırda heç bir borcu olmadığını bildirmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 isə borclu Şəxs X9 MMC-yə borcunun olmasını təsdiq edən heç bir subut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 20 avqust 2024-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 20 avqust 2024-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar