Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-874/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonu Mollaisalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, tarixdə Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyun 2021-ci tarixdə Bərdə rayonu Hacılar kəndində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirib. Məhkəmə iclasında Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, keçmiş həyat yoldaşı Şəxs narahat edir. 25 iyun 2021-ci il tarixdə sahədə xanıma barışmaq məqsədi ilə yaxınlaşıb, aralarında münaqişə yaranıb. Şəxs Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu verdiyi izahatında göstərdi ki, 25 iyun 2021-ci il tarixdə keçmiş həyat yoldaşına barışmaq məqsədi ilə yaxınlaşıb aralarında mübahisə baş vermişdir. O, Şəxs əl qaldırmayıb. Hazırda Şəxs şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. Barışıq ərizəsini məhkəməyə təqdim edərək inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 25 iyun 2021-ci il tarixdə sahədə qəlib onu camaat içində təhqir edib, vurub. İmkan vermir yaşamağa. Hazırda Zərərçəkmiş şəxs oğlu ilə barışmışdır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1-2061 və HK-1-2062 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinə verilmişdir. İş materiallarında olan 138-23672 saylı 26 iyul 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun yuxarı 1/3-nin ön səthinin qançırı, sağ bazunun yuxarı 1/3nin ön səthinin, arxa ənsə nahiyəsinin sıyrıqları küt əşyanın 9əşyaların təsirindən törənmişdir, müddəti qərarda göstərilən 25 iyun 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə edilmiş Zərərçəkmiş şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı ərizədən görünür ki, o, Şəxs şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta törətmiş Şəxsnin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrı icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs ilə barışdığından belə hesab edir ki, göstərilən maddələrin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128- 130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Barəsində inzibati xəta hqqında iş üzrə icraat aparıla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-874/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-874/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver