Məhkəmə qərarları › İş №3(021)-875/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-875/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-875/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirаkları ilə, xx.xx.1979-cu il tarixdə, Bərdə rayonu, Arabaçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, 2-ci qrup əlil, Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatda olub yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində 26.08.2021-ci il tarixdə Bərdə RPŞ-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 25.06.2021-ci il tarixdə keçmiş arvadı Zərərçəkmiş şəxs1 və 04.08.2021-ci il tarixdə sonuncunun atası Zərərçəkmiş şəxs2 döyərək hər iki şəxsə fiziki ağrı yetirmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin sahə rəisi X3 məhkəmə iclasında çıxış edərək göstərdi ki, DİN 102 xidmətindən Bərdə RPŞ-ə daxil olmuş 25.06.2021-ci il tarixdə Bərdə rayonu, Mollaisalar kənd sakini Zərərçəkmiş şəxs1 əri olmuş şəxs Şəxs tərəfindən döyüməsi və təhqir edilməsi barədə məlumat daxil olmuşdur. Şikayətə əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə evli olan, hazırda boşanmış Şəxs Zərərçəkmiş şəxs1 alaq edərək işlədiyi torpaq sahəsinə gələrək sonuncunu əxlaqsız hərəkətlə etməkdə ittiham edərək onunla mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 ona əl ataraq onun üzünü və boyun nahiyyəsini çırmışdır. Oda müdafiə olunmaq üçün Zərərçəkmiş şəxs1 üç (çənə) nahiyyəsindən itələmişdir. Həmin vaxt sahədə işləyən Elvin adlı şəxs onların yanına gələrək onun belindən təpiklə vurmuşdur. Ətrafda işləyən fəhlələr onları aralaşdırmışlar. Bundan başqa Bərdə rayonu, Hacılar kəndində yaşayan Zərərçəkmiş şəxs2 04.08.2021-ci il tarixdə şikayət ərizəsi ilə Bərdə RPŞ-nə müraciət edərək oğlu Şəxs sərxoş vəziyyətdə onun evinə gələrək onu söyüb təhqir etməsi və sonuncunun əli ilə onun boğaz nahiyyəsindən boğmasını bildirmişdir. Bərdə RPŞ-nin TB-nin 25.07.2021 və 18.08.2021-ci il tarixli ayrı-ayrı qərarlarıı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati protokolun tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərara əsasən tərəfindən Şəxs barəsində İXM-nin 157ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Odur ki, qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Şəxs onun həyat yoldaşı olmuşdur. 25.06.2021-ci il tarixdə rayonun Hacılar kəndi ərazisində yerləşən torpaq sahəsinə alağa getmişdir. Həmin günü saat təxminən 16 radələrində sahədə olan zaman Arzuman onun yanına gələrək onun nalayiq sözlərlə təhqir edərək, əxlaqsızlıq etdiyini deyərək əli ilə onun üz və çənə nahiyyəsində vurmuşdur. O, Arzumanı vurmamışdır. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Şəxs onun oğludur. O, Arzumanın hərəkətlərindən beşmişdir. Arzuman spirtli içki içərək evə gəlib onu narahat edir. Bundan başqa mütəmadi olaraq evdə münaqişələr yaradır. O oğluna spirli işki qəbul etməsinə görə iradını bildirmiş buna görə də Arzuman onu nalayiq sözlərlə söyüb təhqir etmiş və boğazından sıxaraq xəsarət yetirmişdir. Bir sözlə həyatını qara etmişdir. Arzumandan şikayətçidir. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı olmuşdur. O, Gülnarın əxlaqsız hərəkətləri barədə eşitdiyi üçün Gülnarın işlədiyi sahəyə getmişdir. Gülnar nə səbəbə onu güddüyünü soruşmuş və məni nalayiq sözlərlə söyüb təhqir etmişdir. Gülnara onu güdmədiyini demişdir. Gülnar ona yaxınlaşaraq əl ataraq üz və boyun hissəsini çırmışdır. Həmin vaxt müdafiə olunmaq üçün Gülnarı itələmişdir. Gülnarla mübahisə edən zaman sahədə olan Elvin adlı şəxs onun belindən və arxa nahiyyəsindən təpiklə vurmuşdur. 04.08.2021-ci il tarixdə spirtli içki qəbul edib evə gəldiyi üçün atası Zakir onunla mübahisə etmiş və ağacla onun ayağından vurmuşdur. O atasını vurmamış və təhqir etməmişdir. Atasının onu vurmasından şikayətçi deyil. Atasından onun ailəsini qaytarmasını, Gülnarla barışdırmasını istəyir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə RPŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 25.06.2021-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 və 04.08.2021-ci il tarixdə isə atası Zərərçəkmiş şəxs2 döyərək həmin şəxslərə fiziki ağrı yetrimişdir. Bərdə RPŞ TB-nin təhqiqatçısı Pərvin Səfərlinin və Vəli İsmayılov tərəfindən qəbul edilmiş 25.07.2021 və 18.08.2021-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarların surətindən görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 25.06.2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu, Hacılar kəndində torpaq sahəsində işləyən keçmiş arvadı Zərərçəkmiş şəxs1 olduğu yerə gedərək onu kənd arasında danışılanlara görə əxlaqsızlıq etməkdə günahlandıraraq sonuncu ilə mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 üz nahiyyəsində əli ilə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan başqa Şəxs atası Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə Bərdə RPŞ-nə müraciət edərək oğlu Şəxs sərxoş vəziyyətdə onun evinə gələrək onu söyüb təhqir etməsi və sonuncunun əli ilə onun boğaz nahiyyəsindən boğaraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir.Bərdə RPŞnin TB-nin 25.07.2021 və 18.08.2021-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarları ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati protokolun tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərara əsasən tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Prоbasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar