Məhkəmə qərarları › İş №3(021)-88/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-88/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-88/2022 13.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 oğlunun iclas katibliyi, Bərdə rayonu YPX-nin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Xosrov Xəlil oğlunun və zərəçəkmiş şəx X4 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, ünvan 1 ünvanında yaşayan Ağayev Xosrov Xəlil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ağayev Xosrov Xəlil oğlu İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 13 yanvar 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 13.11.2021-ci il tarixdə saat 10 radələrində sürücülük hüququ olmadan idarə etdiyi, “Mercedes Benz – 308 DX” mikroavtobus markalı **-NK-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsində Olimpiya Kompleksi istiqamətində hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozduğu üçün öz hərəkəti istiqamətində işıqforun qırmızı işığında dayanmış X4 idarə etdiyi “VAZ-21102” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə rayonu YPX-nin baş inspektoru X5 bildirdi ki, Şəxs 13.11.2021-ci il tarixdə saat 10 radələrində sürücülük hüququ olmadan idarə etdiyi, “Mercedes Benz – 308 DX” mikroavtobus markalı **-NK-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsində Olimpiya Kompleksi istiqamətində hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozduğu üçün öz hərəkəti istiqamətində işıqforun qırmızı işığında dayanmış X4 idarə etdiyi “VAZ-21102” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Xosrov Xəlil oğlu törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 ərizə təqdim edərək bildirdi ki, Ağayev Xosrov Xəlil oğlundan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Ağayev Xosrov Xəlil oğlu İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Bərdə rayonu YPX-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş İXP4401081 nömrəli protokolda göstərilmişdir ki, 13.11.2021-ci il tarixdə saat 10 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi, “Mercedes Benz – 308 DX” mikroavtobus markalı **-NK-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsində Olimpiya Kompleksi istiqamətində hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozduğu üçün öz hərəkəti istiqamətində işıqforun qırmızı işığında dayanmış X4 idarə etdiyi “VAZ-21102” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş 13.11.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, X8 hadisə zamanı sərxoş olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş 13.11.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş AC 136383 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ-21102 ” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə X6 məxsusdur. İnzibati işin materiallarına əlavə edilmiş B kateqoriyalı AE 203122 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 avtomobili idarə etmək hüququ vardır. İnzibati işin materiallarına əlavə edilmiş AA 610674 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz – 308 DX” mikroavtobus markalı **-NK-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə X7 məxsusdur. İnzibati işin materiallarına əlavə edilmiş ƏN-Vİİ 611355 nömrəli etibarnamədən görünür ki, “Mercedes Benz – 308 DX” mikroavtobus markalı **-NK-*** dövlət nömrə nişanlı avtomobil X2 etibar edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 17.12.2021— ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, toplanmış HK-1/3931 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X14 Bölməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Ağayev Xosrov Xəlil oğlu İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, 13.11.2021-ci il tarixdə saat 10 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi, “Mercedes Benz – 308 DX” mikroavtobus markalı **-NK-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsində Olimpiya Kompleksi istiqamətində hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozduğu üçün öz hərəkəti istiqamətində işıqforun qırmızı işığında dayanmış X4 idarə etdiyi “VAZ-21102” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatına və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ağayev Xosrov Xəlil oğlunun İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Ağayev Xosrov Xəlil oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Ağayev Xosrov Xəlil oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Ağayev Xosrov Xəlil oğluna inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəsin ondan şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Xosrov Xəlil oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Ağayev Xosrov Xəlil oğlunun həmin maddə ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ağayev Xosrov Xəlil oğlu İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imza var Əsli ilə düzdür Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar