Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-88/2025 27.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X9 və qərarında şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin nümayəndəsi X3 iştirаkı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X9 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli qərarı ilə X9 İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ƏƏSMN yanında X6 Xidmətinin Qarabağ Şöbəsi onun barəsində 2 işçini iş vaxtı normasında iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müqabilində onlara minimum əmək haqqı normasından aşağı əmək haqqı ödəməsini əsas gətirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1000 (min) manat cərimə tənbehi haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli Qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXMnin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə-vəzifəli şəxlər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sözügedən hüquq normasının mətnində “vəzifəli şəxslər” ifadəsi yer alıbdır. Azərbaycan Respublikası İXMnin 17-ci maddəsinin Qeyd hissəsində , Dövlət hakimiyyətinin nümayəndəsi csiyasmı həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan publikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin fələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Belə ki, onun VÖEN-ni Dövlət Vergi Xidmətinin 11 saylı ərazi vergilər baş idarəsi tərəfindən xx.xx.2018-xx.xx.2023-ci ilə qədər bir mərhələdə, daha sonra isə xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü ilə qədər dayanmışdır. Bununla bağlı Dövlət Vergi Xidməti ona xx.xx.2024-ci il tarixli 3-21-2-17/2-,-2xx-xx/2024 saylı məktub göndərərək məlumat vermişdir. O həmin məktubu da X6 Xidmətinin Qarabağ RŞ-ııə təqdim etmişdir. Lakin X6 Xidmətinin X4 bildirir ki, onlara aid sistemdə ona məxsus VÖEN aktiv görsənir. O VÖEN-nin elektron sistemdə aktiv görünməsinin onun təqsiri olmadığınl, vergi xidmətinin məlumatı onlara məxsus bazaya ötürməyə borclu olduğunu bildirmişdir. Lakin, X6 Xidmətinin Qarabağ Regional Şöbəsi 06.12.024-c üii tarixdə onun haqqında Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə inzibati tənbeh növündə 1000 manat cərimə tətbiqini nəzərdə tutan MN ******* saylı, xx.xx.2024-cü il tarixli Qərar qəbul etmişdir.Onun vöen-nin aktiv edilməməsinə dair məlumatın ƏƏSMN -nin elektron bazasına ötüriilməməsində onun təqsiri olamdığı üçün X6 Xidmətinin Qarabağ RŞ-i tərəfindən mənim AR İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinməsi tam əsassızdır. Hesab edir ki, inzibati orqanların məsuliyyətindən irəli gələn vəzifələrin doğru icra edilməməsi ona qarşı inzibati xəta haqqında qərar qəbulu üçün əsas ola bilməz, nzibati xətalar haqqında işlərə baxılarkən inzibati orqanların məsuliyyətsiz davranışı həm vətəndaşlara, həm də hakimiyyət orqanlarına təsir edə biləcək müxtəlif hüquqi nəticələrə səbəb ola bilər.Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X9 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin elektron sisitemində araşdırılma aparılmış araşdırma nəticəsində X8 məxsus VÖEN aktiv olduğu və iki nəfər işçini iş vaxtı normasında iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etməsinə baxmayarq minumum əmək haqqı normasından aşağı əmək haqqı ödədiyi müəyyən olunmuş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, X9 İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 04 dekabr 2024-cü il tarixli, 3-21-2- 17/2-Ş-2xx-xx/2024 nömrəli məktubundan görünür ki, X9 09 fevral 2018-ci il tarixdə 11 saylı Ərazi vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. İşə əlavə edilmiş vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatdan görünür ki, X5 fəaliyyəti xx.xx.2018-ci il tarixdən, 25 avqust 2023-cü il tarixə kimi, 26 avqust 2023-cü il tarixdən 06 iyul 2073-cü il tarixə kimi fəaliyyəti dayandırılmışdır. İşə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 676 nömrəli arayışdan görünür ki, X1 şəhəri H.Əliyev pr-ti 112 ev 16-da yaşayır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X5 VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli qərarı ilə X9 İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 192.3-ci maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, X5 fəaliyyəti xx.xx.2018-ci il tarixdən, 25 avqust 2023-cü il tarixə kimi, 26 avqust 2023-cü il tarixdən 06 iyul 2073-cü il tarixə kimi fəaliyyəti dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 vəzifəli şəxs olmadığı və ümumiyyətlə sahibkar kimi fəaliyyət göstərmədiyi, işçiləri olmadığı və onlara əmək haqqı vermədiyi halda İXM-in 192.3-cü maddəsinə əsasən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilərək cərimə edilməsi yolverilməzdir. Həmçinin, inzibati tənbeh verən səlahiyyətli orqan yalnız elektron informasiya sistemində təhlil apararaq Amil Şəqaninin 2 nəfər işçisi olması və onlara minimum əmək haqqından aşağı həddə əmək haqqı verməsini qeyd etmişdir ki, bu hal həmin işçilərin izahatları və digər mötəbər sübutlarla təsdiq edilmir. Səlahiyyətli orqan Amil Şəqaninin aşağı əmək haqqı verməsi ilə bağlı heç bir işçi və ya şəxsdən izahat almamışdır. Belə olan halda X5 vəzifəli şəxs qismində İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə edilməsi yolverilməzdir və şəxsin əsassız olaraq hüquqlarının pozulması ilə nəticələnmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, X9 barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən X9 barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-88/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-88/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver