Məhkəmə qərarları › İş №3(021)-880/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-880/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-880/2022 29.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Xİİİ Tağım YPX inspektoru polis serjantı X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən xx.xx.2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı 50- DF-139 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə rayonu Şirvanlı kəndinə gedərkən Yevlax- Ağdam-Laçın yolunda hərəkətdə olarkən qarşıdan gələn Opel –Vita minik markalı **-LE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtomobili idarə edərkən sürücülük hüququ olmuşdur. Əməlindən peşimandır. Qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmən xahiş etmişdir. Məhkəmə iclasında Xİİİ Tağım YPX inspektoru polis serjantı X3 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarəetmə hüququ olmadan VAZ 2106 markalı 50- DF-139 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunda hərəkətdə olarkən qarşıdan gələn Opel –Vita minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinin tərkib əlaməti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cu maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə onun nəqliyyat vasitəsini idarə etmək hüququ olub- olmaması ilə bağlı sorğu vermiş, məhkəmə iclasına həmin cavab məktubu təmin edilməmişdir. Ona görə də bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün inzibati xəta haqqında material geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən İXM-nin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar