Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-883/2023 17.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, xx.xx.1958-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün etdi. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş оrqаnа geri qaytarılmalıdır. Belə ki, İnzibati işin materiallarda olan MN ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 12 aprel 2023-cü ildə saat 10:05-də Bərdə rayonu Güloğlular kəndi ərazisində təzə bazarın yanlnda reyd keçirilən zaman Şəxs idarə etdiyi Ford markalı ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qeyri-qanuni fəaliyyət göstərdiyi müəyyən edilmişdir . İnzibati işin materiallarda olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1, inspektoru X7 və X3 aktı tərtib etmişlər ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhərində reyd zamanı Ford markalı ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz yükdaşıma fəaliyyəti göstərdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 və həmçinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarlarının tələblərinə uyğunluğu yoxlanılmış, yoxlama zamanı sürücü Şəxs qanunsuz yəni (fərqlənmə nişanı) olmadan yükdaşıma fəaliyyəti göstərdiyi aşkar olunmuş, sürücüyə törətdiyi inzibati xətanın mahiyyəti izah olunmuş, inzibati protokol tərtib olunacağı barədə xəbərdarlıq edilərək, izahat vermək protokola imza etmək barədə xəbərdarlıq edilmiş, sürücü Şəxs inzibati protokolun surətini qəbul etməkdən imtina etmişdir. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Belə ki, məhkəmə qeyd edir ki, Şəxs tərtib olunmuş akta əsasən qanunsuz yük daşıması təqdim olunmuş foto şəkillə müəyyən olunmadı. Belə olan halda məhkəmə həmin protokolu natamam tərtib olunmuş kimi qiymətləndirərək protokolun geri qaytarılması qənaətinə gəlir. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа geri qaytarılsın. Qəbul olunmuş qərardan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-883/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-883/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver