Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-886/2023 03.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bərdə şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Şorəlli kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1119/2011 saylı 05 avqust 2011-ci il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 6680 manat borcu yaranmışdır. X2 icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X8 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1119/2011 saylı 05 avqust 2011-ci il tarixli icra sənədi üzrə tələbkar X7 6680 manat borcu yaranmışdır. Lakin həmin borc tam dəqiq müəyyən edilməmişdir. Belə ki, 10 dekabr 2021-ci il tarixdə tələbkarın ərizəsi ilə icra sənədi geri qaytarılmışdır. Lakin sonradan həmin icra vərəqəsinin geri qaytarılması barədə qərar Bərdə Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş və yenidən icra edilməsi üçün icraya yönəldilmişdir. 11 yanvar 2023-cü il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra borclu iki ay müddətinə hər ay iki yüz manat olmaqla aliment ödənişi etmişdir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 bildirdi ki, 6680 manat aliment borcunu tələb edir. 8000 manat dəyərində olan torpaq sahəsi ona verilmiş və bir qədər kürsü tikilmişdir. Buna görə də o, ərizə verərək icra sənədini geri qaytarılmasını xahiş etmişdir. lakin sonradan yenidən ərizə verərək aliment tələb etmişdir. hazırda 6680 manat borcun ödənilməsini xahiş etdi. Pulun ödənilmədiyi təqdirdə Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, icra sənədi üzrə tələbkar X7 2021-c il tarixdə 8000 manat dəyərində torpaq sahəsi verməklə razılaşaraq icra sənədi geri qaytarılmışdır. Lakin sonradan nə səbəb bu qədər aliment borcunun hesablanması ona aydın deyil. Ona görə də başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs ilə tələbkar 2021-ci ildə razılaşaraq əmələ gəlmiş olan aliment borcunun əvəzində 8000 manat dəyərində olan torpaq sahəsini X1 adına notarial qaydada keçirmiş və buna görə də tələbkar icra vərəqəsinin geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Belə ki, 10 dekabr 2021-ci il tarixdə tələbkarın ərizəsi ilə icra sənədi geri qaytarılmışdır. Lakin sonradan həmin icra vərəqəsinin geri qaytarılması barədə qərar Bərdə Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş və yenidən icra edilməsi üçün icraya yönəldilmişdir. 11 yanvar 2023-cü il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra borclu iki ay müddətinə hər ay iki yüz manat olmaqla aliment ödənişi etmişdir. Məhkəmə xüsusi olaraq onu da bildirməyi zəruri hesab edir ki, 11 yanvar 2023cü il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul edilmiş və bundan sonra borclu iki ay müddətində 400 manat aliment ödənişi etmişdir. Bundan başqa icra məmuru özü də məhkəmə iclas zalında borcun dəqiq hesablanmadığını etiraf etdi. Həmçinin icra vərəqəsinin geri qaytarıldığı dövrdən protokol tərtib edildiyi vaxta qədər aliment borcunun həmin məbləğ 6680 manat eləmədiyi açıq-aşkar görünür. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-886/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-886/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver