Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-893/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 21 fevral 2023-cü il tarixli 01400/01409 saylı qərardan şikayətçi X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X5 tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavsitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X4 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 430930,00 ABŞ dolları (732581,00 manat) məbləğində vəsaiti onun barəsində qəbul olunmuş qərarın qəbul edildiyi 21 fevral 20236-cü il tarixdən etibarən müvəkkil olmuş bank hesabına köçürülməsini təmin etməsi, Azərbaycan Respublikası vətəndaşı X4 tərəfindən 430930,00 ABŞ dolları (732581,00 manat) məbləğdə vəsaitin 21 fevral 2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Əməliyyatları idarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilməsi qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan- X1 Baş Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 32 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 430930,00 ABŞ dolları (732581,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında X4 izahatında bildirdi ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli, 01400/01409 saylı qərarı ilə 10 000 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, o, kənd təsərrüfatı məhsullarının ixracı ilə 2017-ci ildə fəaliyyət göstərmiş və göndərilən malların pulu geri qaytarılmadığından müflis olmuşdur. 2017-ci ildən hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə-inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-kökümət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyət göstərmə qaydaları, qrant müqavilələrinin qeyde alınması qaydaları, eləcə də maliyyə, vergilərin ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökümət təşkilatları haqqında, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi qeyd edilən Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 21 fevral 2023-cü il tarixli 01400/01409 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 21 fevral 2023-cü il tarixli 01400/01409 saylı qərardan şikayətçi X4 tərəfindən verilmiş izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 21 fevral 2023-cü il tarixli 01400/01409 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətçi X4 tərəfindən verilmiş şikayət təmin edilməli və oğlu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli qərarında qeyd edilir: “......“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 3-cü hissəsində xarici valyuta aşağıdakı kimi müəyyən edilmişdir: a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. ......Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.......” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə gömrük bəyyanaməsindən bir ildən çox vaxt keçmişdir. Belə olduğu halda həm inzibati xətalar qanunvericiliyinin, həm də Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 21 fevral 2023-cü il tarixli 01400/01409 saylı qərar ləğv edilsin. Barəsində inzibati icraat aparılan X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-893/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-893/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver