Məhkəmə qərarları › İş №3(021)-894/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-894/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-894/2023 18.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, qərardan şikayət verən şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ-13979676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X8 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ-13979676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Buna görə həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 öz şikayətini müdafiə etdi və ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ərizəsi iş materialları ilə birlikdə şikayət verən X6 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ- 13979676 nömrəli inzibati tənbeh vermə haqqında qərarı X8 barəsində deyil, X4 barəsində tərtib edildiyindən məhz Aybəniz Mirzəyevanın həmin qərardan şikayət verdiyi halda həmin məsələyə məhkəmə qaydasında baxıla bilər. Hazırki halda X8 tərəfindən qərardan şikayət verilmiş və Asim X1 adından məhkəmədə təmsilçilik səlahiyyəti və qərardan şikayət vermək hüququ olmadığından şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X6 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar şikayət verən şəxs X8 barəsində çıxarılmadığından şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayət verən şəxsə geri qaytarılmalıdır. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X8 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ-13979676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə X6 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar