Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-895/2023 25.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakı ilə, xx.xx.1953-cü ildə Laçın rayonu, Məlikpaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə şəh, C.Məmmədquluzadə küç, ev 84-də yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tərtib edilmiş İnzibati Tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, yol hərəkəti qaydalarını pozmuş fiziki şəxs kimi Azərbaycan Respublikası İXM-nin 327.1, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətani törətməyə görə təqsirli bilinib 400 manat cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində idarə etdiyi NİSSAN SUNNY minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı maşını idarə edərək Gəncə şəhərindən Bərdə rayonuna qayıdarkən Qazax-Bakı magistral yolunun Goran qəsəbəsi yaxınlığından keçən hissəsində heç bir yol hərəkəti qaydası pozuntusuna yol vermədiyi halda 2 nəfər polisi əməkdaşları maşınına saxlamaq işarəsi verdikləri üçün onu saxlamışlar. Onlardan biri maşınına yaxınlaşıb qapısını açaraq özlərinin yaxınlıqda olan xidməti maşınına gəlməyini demişdir. Maşına əyləşəndən sonra onlardan biri dedi ki, içmisən? Dedim ki, xeyir içməmişəm. Yenə də onlardan biri (sonradan bildim ki, adı Ayxandır) digər yol polisi əməkdaşına dedi ki, sən bunun maşınını sür, gətir posta. Bütün etirazlarına və yerində müayinə edilməyini tələb etməyinə baxmayaraq onlar onu və maşınını təxminən 40-50 km uzaqda - Gəncə şəhərinin girişinə yaxın yerdə yerləşən "Zazalı postu" adlanan yol polisi postuna gətirmişdilər. Maşınını orada saxladılar, özünü isə yenə də heç bir müayinə (test) etmədən Gəncə şəhərindəki hansısa bir tibb müəssisəsinə apardılar. Orada isə yaşlı bir kişi həkim onu müayinə etdi, dedi ki, sərxoşluğu yoxdur. Bu zaman hətta sonradan adının Ayxan olduğunu bildiyi yol polisi əməkdaşı həkimə dedi ki, "sən yüngül bir şey də olsa yaz." Həkim isə etiraz etdi. Odur ki, onu bayıra çıxartdılar. Az sonra isə Ayxan özü də həkimin kabinetindən çıxıb, ona dedi ki, gedək posta. Qayıdıb "Zazalı postuna" gəldik. Orada maşınının açarını verdilər. Ayxan özünün mobil telefon nömrəsini də ona verdi və tapşırdı ki, Bərdə şəhərinə-evinə çatanda mənə zəng vur ki, çatdığını bilim, bu məsələni də heç kim bilməsin. Odur ki, maşınını sürüb Bərdə şəhərinə getmişdir. Evinə çatandan sonra təxminən gecə saat 03 radələrində Ayxanın verdiyi ***-***-**-** nömrəsinə özünün mobil nömrəsi ilə zəng vurub evə çatdığını bildirmişdir. 01 mart 2023-cü il tarixdə isə onun mobil telefonuna aşağıdakı məzmunda SMS bildirişi gəlmişdir: **-XD-*** nömrəli avtomobil 400 AZN cərimə edilmişdir. Tarix: xx.xx.2023 01:26, Maddə: 333.1, protokol: 1XP ******* Ödəmə linki: https: İİ api.az İXP5215871" Bundan sonra 3 dəfə "Zazalı postu" adlanan DYP postuna gemişdir ki, etirazımı bildirsin və İXP ******* nömrəli inzibati protokolun, sərxoşluq vəziyyətini tibbi müayinəsi Aktının surətini, kamera görüntüsünün audio diskini, həmçinin qərarı surətini alsın. Nəhayət xx.xx.2023-cü il tarixdə yalnız İXP ******* nömrəli inzibati protokolun və qərarın surətini ala bilmişdir. Məhkəmə iclasında X3 iştirak edərək şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmənin sorğusuna cavab olaraq tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın verilməsinə əsas olmuş materialları və sübutları təqdim etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, şikayət verən şəxs barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 05271370 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1953-cü ildə anadan olmuş, Bərdə şəhəri, C.Məmmədquluzadə küç, ev 84-də yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1142 nömrəli arayışdan görünür ki, X3 həqiqətən Bərdə şəhəri, C.Məmmədquluzadə küç, ev 84-də yaşayır. İş materiallarında olan SMSRadar.az saytından çıxarışdan görünür ki, **-XD-*** nömrəli avtomobil 400 azn cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:26, Maddə 333.1, İXP ******* nömrəli protokol. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışda əks edilən DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokolundan və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 01:26 radələrində Bakı Qazax yolunun 311-ci km ərazisində istifadəsində olan NİSSAN SUNNY minik markalı, **- XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol nişanlarının tələblərinə riayət edilməməsi, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmağa görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.1-ci, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqslirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş yol hərəkəti qaydalarını pozmuş fiziki şəxs kimi Azərbaycan Respublikası İXM-nin 327.1, 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətani törətməy görə təqsirli bilinib 400 manat cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 13cü bəndinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir; Həmin qanunun 83-cü maddəsinin İİİ yarımbəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hallarını müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən: 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərara əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsinin nəticələri aktda öz əksini tapır. Lakin, hazırki işdə şikayət verən şəxs X2 istifadəsində olan avtonəqliyyat vasitəsini Bakı Qazax yolunun 311-ci km ərazisində istifadəsində olan NİSSAN SUNNY minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol nişanlarının tələblərinə riayət edilməməsi halı, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə iş materialları və inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkillərlə, videoçəkilişlə, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı və digər sənədlərlə sübut edilmir. Sübutların təmin edilməsi ilə bağlı məhkəmənin sorğusuna isə səlahiyyətli orqan tərəfindən cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iş materiallarından X3 tərəfindən AR.İXM-in 333.1-ci mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində X2 təqsiri sübuta yetirilmir. Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqan inzibati xətanın törədilməsində şəxsin təqsirini mötəbər sübutlarla sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, X3 barəsində İXM-in 333.1-ci mаddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq (araşdırılmaq) üçün səlahiyyətli orqana, yəni BDYPİ-nə göndərilməlidir. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. X3 barəsində İXM-in 333.1-ci mаddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması (araşdırılması) üçün səlahiyyətli orqan olan DİN BDYPİ-nə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-895/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-895/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver