Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-9/2023 02.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə, Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Mollagüllər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 02 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan XX.XX buraxılışlı 1 ədəd 16 çaplı T-07432 noməli ov silahını əldə edərək yaşayış evinə saxlamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X4 bildirdi ki, Bərdə RPŞnin PPXB-nün, polis nəfərləri polis serjantları Məhəmməd Həsənov, Murad Bəylərov və Səbuhi Bağırov xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində rayonun Mollagüllər kəndində xidmətdə olduqları zaman əkin sahəsindən atəş səsi eşitmiş və həmin yerə yaxınlaşdıqda orada 2 nəfər əli silahlı şəxsləri aşkar edərək həmin şəxsləri Bərdə RPŞ-nin inzibati binasına gətirmiş və RPŞ-də onların Mollagüllər kənd sakinləri Şəxs Qara oğlu və X3 olduqları müəyyən edilmişdir. Şəxs Qara oğlundan bir ədəd tək lülə 16 çaplı T- 07432 nömrəli ov silahı, 02(iki) ədəd dolu patron götürülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Qara oğlu müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz olaraq bir ədəd tək lülə 16 çaplı T- 07432 nömrəli ov silahını əldə edərək yaşayış evində saxlamışdır. Şəxs Qara oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görlməsi üçün qərar Bərdə RPŞ-nin İTB –nə verilmiş və tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iş üzrə inzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Rəşadın istifadəsində olan mobil telefona zəng edərək ona ova getməyi təklif etmişdir. Rəşad onun təklifii ilə razılaşmışdır. Bundan sonra o mərhum babası Dadaş İsmayılovdan miras qalan 16 çaplı tək lülə ov silahını götürərək yaşadığı evdən çıxaraq kənd ərazisində torpaq sahəsinin yaxnlığında Rəşadla görüşmüşdür. Həmin vaxt 1 ədəd dovşan qarşısına çıxmış üzərində götürmüş olduğu güllərdən birin silaha taxıb atəş açmış lakin dovşanı vura bilməmişdir. Bir neçə dəqiqə sonra isə əvvəllər tanımadığı 3 nəfər şəxs onlara yaxınlaşmış və polis əmkdaşları olduqlarını bildirərək özlərini təqdim edərək onları Bərdə RPŞ-nin inzibati binasına gətirmişlər. Üzərində aşkar edilmiş 1 ədəd 16 çaplı T-07432 noməli ov silahına aid heç bir müvafiq sənəd olmamışdır. Həmin silahla hər hansı bir cinayətin törədilməsində istifadə etməmiş, yaşadığı evdə saxlamışdır. Hazirda əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN №1588211 nömrəli protokolda göstərilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd tək lülə 16 çaplı T-07432 noməli ov silahını əldə edərək yaşayış evinə saxlamışdır. Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmsının rədd olunması haqqında 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin PPXB-nün, polis nəfərləri polis serjantları Məhəmməd Həsənov, Murad Bəylərov və Səbuhi Bağırov xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində rayonun Mollagüllər kəndində xidmətdə olduqları zaman əkin sahəsindən atəş səsi eşitmiş və həmin yerə yaxınlaşdıqda orada 2 nəfər əli silahlı şəxsləri aşkar edərək həmin şəxsləri Bərdə RPŞ-nin inzibati binasına gətirmiş və RPŞ-də onların Mollagüllər kənd sakinləri Şəxs Qara oğlu və X3 olduqları müəyyən edilmişdir. Şəxs Qara oğlundan bir ədəd tək lülə 16 çaplı T- 07432 nömrəli ov silahı, 02 (iki) ədəd dolu patron götürülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Qara oğlu müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz olaraq bir ədəd tək lülə 16 çaplı T- 07432 nömrəli ov silahını əldə edərək yaşayış evində saxlamışdır. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki silah əldə etmiş, saxlamış və daşımışdır. Odur ki, onun barəsində Bərdə rayon Polis Şöbəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməlində əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, İXM-in 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində silah və döyüş sursatı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1 ədəd tək lülə 16 çaplı T- 07432 noməli ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-9/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-9/2023
02.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver