Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-9/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Bərdə şəhəri H.Əliyev prospekti 92 hüquqi ünvanında qeydiyyatda olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 347-ci maddəsində müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Bərdə Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində və ya istifadəsində olan “X2” mikroavtobus markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İXM-nin 61.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Bərdə RPŞ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Bərdə RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC məhkəməyə göndərdiyi məlumatdan görünür ki, Bərdə RPŞ tərəfindən “X1” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati material Bərdə Rayon Məhkəsinə daxil olmuşdur. Həmin inzibati xətaya görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Səlahiyyətli orqan tərəfindən MMC-yə ünvanladığı müvafiq sorğusu olmaması, həmin sorğunun təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, “X1” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Buna görə də, “X1” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, “X1” MMC-nin əməlində inzibati xəta hadisəsi və tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 53.1.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin gerçək hallarından görünür ki, hüquqi şəxs “X1” MMC mülkiyyətində və ya istifadəsində olan “X2” mikroavtobus markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə hüquqi şəxs “X1” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola xx.xx.2024-cü il tarixli sorğu əlavə edilsə də, qeyd olunan sorğunun “X1” MMC-nə çatması barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət yaradır. Bərdə Rayon Polis Şöbəsinin DYPB tərəfindən hüquqi şəxs “X1” MMC-nə mülkiyyətində və ya istifadəsində olan “X2” mikroavtobus markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın təqdim olunması barədə sorğu ünvanlansa da, qeyd olunan sorğunun hüquqi şəxs “X1” MMC-nə çatması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs “X1” MMC-nin əməlində İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXMnin 347-ci maddəsi ilə başlanmış 3(021)-9/2025 saylı inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta hadisəsi və tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-9/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-9/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver