Məhkəmə qərarları › İş №3(021)-900/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-900/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-900/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 14 mart 1958-ci il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs 14 aprel 2023-cü il tarixdə saat 14:42 radələrində idarə etdiyi “Nissan Altima” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri Bakı küçəsi ilə Yevlax rayonu istiqamətində hərəkətdə olan zaman, qoşa xəttin tələblərini pozmaqla yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn Bərdə rayonu Kafanlı kəndində yaşayan X3 idarə etdiyi “Vaz-21063” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz-21063” markalı avtomobildə olan sərnişin, X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o, “Nissan Altima” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 14 aprel 2023-cü il tarixdə Ağdam rayonundan dərsdən çıxaraq Bərdə şəhərinə gələn zaman Bərdə şəhəri Bakı küçəsində olan evinə dönmə edib yolunu qısa etmək üçün həyətə daxil olmaq istəmişdir. O, avtomobili dayandırmış və qarşı istiqamətdən “Vaz-21063” markalı avtomobil gəldikdə, o, hərəkətə başlamış və düşünmüşdür ki, əks istiqamətə tez keçə bilər. Lakin həmin vaxtı toqquşma hadisəsi baş vermişdir. “Vaz-21063” markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfindən vurduqdan sonra onun avtomobili də, divara dəyərək dayanmışdır. Onun idarə etdiyi avtomobilə dair hər bir sənədi var. Sürücülük vəsiqəsi –BC kateqoriyalıdır. O, baş vermiş yol nəqliyyat hadisəsində öz günahını etiraf edir. Yolunu qısaltmaq üçün qoşa xəttin tələbini pozaraq hadisənin baş verməsinə səbəb olmuşdur. Avtomobil idarə edən zaman tam ayıq olmuş spirtli içki və hər hansı bir güclü təsir edici maddə qəbul etməmişdir. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 26 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin isismarı qaydalarını pozulması yalnız başqasının sağlamlığına az ağır və ya ağır dərəcəli xəsarətlər yetirilməsi yaxud da, başqasının ölümü ilə nəticələndiyi hallara görə məsuliyət nəzərdə tutulmuşdur. Ona görə də, Yol Hərəkəti haqqında Azərbaycan respublikası Qanunun tələbləri pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almışdır. Buna görə də, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin sürücü Şəxs əməlində Azərbaycan Rspublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı surəti Bərdə rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin təhqiqatçısı polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 aprel 2023-cü il tarixli qərarı, habelə inzibati xəta haqqında 14 aprel 2023-cü il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ İnzibati xəta törətmiş Şəxs əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar