Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-901/2023 12.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bərdə rayonunda doğulmuş,azərbaycanlı,Azərbaycan vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, əvəllər məhkum olunmamış,Bərdə rayonu, Yenidaş kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 may 2023-cü il tarixdə Bərdə rayonu Ü.Hacıbəyov küçəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X4 izahatında göstərdi ki, 12 may 2023-cü il tarixdə Şəxs Bərdə rayonu Ü.Hacıbəyov küçəsində polisin qanuni tələblərinə tabe olmamış, qeyri-səmimiyyət göstərmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, o ticarətlə məşğul olur. Özünə məxsus dükanı var. Dükanın çöldən şüşə tərəfdən bir iki ədəd yuyucu vasitə qoyduğundann polis ona irad bildirmişdir. Həmin iradı dərhal icra edərək həmin malları şüşənin arxasından götürmüşdür. Polisi təhqir etməmiş, onlara müqavimət göstərməmişdir. Ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X6Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X4 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin inzibati xəta haqqında iş üzrə materialdan barəsində inzibati icraat aparılan X1 polisin hansı qanuni tələblərinə riayət etməməsi, onun polis əməkdaşlarına hansı formada müqavimət gəstərməsi müəyyən edilməmişdir. Həmçinin barəsində inzibati icraat aparılan Şəxs qeyri-səmimi münasibəti qeyd edilən maddənin tərkib əlamətlərini əmələ gətirmir. Bundan başqa iş üzrə şahid qismində heç kim dindirilməmiş, onların dairələri müəyyən edilməmişdir. Beləliklə barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan Şəxs əməlində polis işçisinin qanuni tələbinə tabe olmama kimi inzibati məsuliyyətə səbəb olan hərəkətlər mövcud deyildir. Qeyd olunanlara əsasən barəsində inzibati icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-901/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-901/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver