Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-908/2021 13.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Məhərrəm Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, xx xxxxxxx 1962-ci ildə Bərdə rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Şəxs oğlunun haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs oğlu 16 dekabr 2020-ci il tarixdə «MERCEDES BENZ S500” MİNİK markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ-5169385 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs oğlu barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətlərini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs oğlu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında 16 dekabr 2020-ci il tarixli EQ-5169385 saylı protokoldan müəyyən olunur ki, Şəxs oğlu 16 dekabr 2020-ci il tarixdə «MERCEDES BENZ S500” MİNİK markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ-5169385 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun cərimə olunması barədə qərar çıxarılmışdır. Məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 112, 114, 115, 117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə Apellyasiya məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-908/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-908/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver