Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-91/2025 20.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İcra sənədi üzrə X1nun və X6 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya şöbəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədi üzrə yaranmış borcunu tam ödəməmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs icra sənədi üzrə 6700 manat X7 olan borcu yaranmışdır. Digər icra sənədi üzrə isə 19625 (on doqquz min altı yüz iyirmi beş) manat borcu yaranmışdır. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında protokolu müdafiə edərək bildirdi ki, borclu Şəxs icra sənədi üzrə 6700 manat X7 borcu yaranmışdır. Digər icra sənədi üzrə 19625 (on doqquz min altı yüz iyirmi beş) manat borcu yaranmışdır. O borc pul məbləğini ödəməmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 528.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda N saylı hərbi hissə baş gizir vəzifəsində işləyir. Əmək haqqı məbləğindən hal-hazrda ayr-ayrı icra işləri üzrə tutulmalar aparılır. Hal-hazırda maddi imkanı yoxdur. İşin aidiyyatı üzrə göndərilməsini xahiş etdi. X1 və X10 məhkəmədən inzibati xəta haqqında iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, barəsində inzibati icraat aparılan Şəxs hərbi qulluqçu olmaqla hal-hazırda N saylı hərbi hissədə baş gizir vəzifəsində çalışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3. maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4. maddəsinə əsasən Bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Məhkəmə hesab edir ki, Şəxs dair hazırki inzibati xəta haqqında işin baxılması aidiyyət qaydalarına uyğun olaraq Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərarа aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-91/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-91/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver