Məhkəmə qərarları › İş №3(021)-910/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-910/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-910/2024 30.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından X8 tərəfindən vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X8 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin barəsində çıxardığı xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin rəisi X7 tərəfindən tərtib olunmuş qərara əsasən o, "sahibkar tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 və X5 işə cəlb etməyə görə" Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyimə dair 09 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 3.500 (üç min beş yüz) manat cərimə edilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin rəisi X7 tərəfindən tərtib edilmiş 09 iyun 2024-cü il tarixli, ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 3500 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuma görə cərimə olunmuşdur. Ona hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. O, kənddə yaşayır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. 2023-cü ildə pambıq bitkisi əkmişdir. İl ərzində cəmi 3 dəfə pambıq bitkisi suvarılır. Adı çəkilən Mürşüd Cəfərov əkin sahəsini ayrı-ayrı vaxtlarda 2 dəfə suvarmışdır və ona günəmuzd qaydada hər dəfə 50 manat olmaqla, cəmi 100 manat vermişdir. Digər şəxs Nazim Mustafayevin isə ümumiyyətlə onunla hər-hansi bir işbirliyi olmamışdır. 2 dəfə pambıq sahəsini suvarmağa görə Mürşüd Cəfərovla əmək müqaviləsi bağlamadığı üçün cərimə olunmağı qanunsuz və əsassızdır. Bundan başqa hazırki qərardad ona rəsmi olaraq verilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsindən bu barədə məlumatlandırıldıqdan sonra xəbəri olmuşdur ki, cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçi X8 şikayətdə göstərdiklərini bir daha təsdiq edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 192.1-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin nümayəndəsi X6 bildirdi ki, araşdrıma aparıldıqdan sonra qərar qəbul olunub. Qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X8 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3500 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. İXM-nin 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional Şöbəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından X8 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar