Məhkəmə qərarları › İş №3(021)-914/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-914/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-914/2024 22.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, protokol tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Müəyyənetdim: Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 22 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)-2964/2018 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X1 4345 (dörd min üç yüz qırx beş) manat məbləğində aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.3-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, inzibati xəta haqqında protokolda inzibati xəta törətmiş şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmişdir. İXM-nin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaradır. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)-2964/2018 saylı icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə əvvəllər Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar əlavə edilməmişdir. Ümumiyyətlə, eyni icra sənədinə münasibətdə Şəxs barəsində əvvəllər inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin: 100.1-ci maddəsinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İXM-nin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol natamam olduğundan və bu natamamlığı tamamlamaq mümkün olmadığından protokol və əlavə olunmuş materiallar Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərarverdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar