Məhkəmə qərarları › İş №3(021)-92/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-92/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-92/2025 20.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X4 iclas katibliyi, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, Goranboy Rayonu, Dəliməmmədli şəhəri, Ə.Nəzmi küçəsi, ev 3-də qeydiyyatda olmaqla ünvan 1i ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 20 fevral 2025-ci il tarixli MN №2088337 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Goranboy Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2(045)-1827/2022 saylı icra vərəqəsinə əsasən və 27 oktyabr 2014-cü il tarixli 2(045)-1263/2014 saylı icra vərəqəsinə əsasən ümumilikdə 4640 manat aliment borcu yaranmışdır. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Barəsində İnzibati tənbeh qərarı olmuşdur, lakin o, barədə sənəd təqdim edə bilmir. Hazırki icra işi Goranboy Rayon İcra Şöbəsindən daxil olmuşdur, icra barədə tədbirləri Goranboy rayon İcra Şöbəsi görmüşdür. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun X6 aliment borcu vardır, maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir, heç bir yerdə işləmir, borcunu ödəmək istəyir, lakin imkanı yoxdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X8 bildirdi ki, Şəxs bu vaxta qədər maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir, həbslə əlaqədar cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin saylı icra vərəqəsindən görünür ki, 27 oktyabr 2014-cü il tarixli 2(045)-1263/2014 saylı icra sənədinə əsasən 13 avqust 2014-cü il tarxdən başalayaraq cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X9 və 13.09. 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 80 manat, cəmi 160 manat miqdarında sabit pul məbləğində aliment, Goranboy Rayon Məhkəməsinin saylı icra vərəqəsindən görünür ki, 26 noyabr 2024-cü il tarixli 2(045)-1827/2024 saylı icra sənədinə əsasən 13 avqust 2014-cü il tarxdən başalayaraq cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X9 və 13.09. 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160 manat, cəmi 320 manat miqdarında sabit pul məbləğində aliment, tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 3 fevral 2025-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardadn görünür ki, Goranboy Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2(045)- 1827/2024 saylı saylı icra vərəqəsi aidiyyəti üzrə Bərdə Rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 22 yanvar 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli 2(045)-1263/2014 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Lakin inzibati xəta haqqında iş materiallarında Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilmiş məcburi icra hərəkətlərinin dairəsi, icraata başlamaq qərarın və tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilən sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən görülmüş tədbirləri özündə əks etdirən sənəddir ki, bu sənədlər isə şəxsi məsuliyyətə cəlb etməyə əsas vermir. Belə ki, tələbin könüllü icrası haqında xx.xx.2025-ci il tarixli bildiriş borclu tərəfindən xx.xx.2025-ci ildə qəbul edilmiş və inzibati xəta haqqında protokol isə elə həmin gün tərtib edilmişdir. Məhkəmə ortada hüquq pozuntusu faktının mövcud olması ehtimalını dərk edir, belə ki, icra vərəqəsi xx.xx.2014-cü il tarixdə verilmişdir. Lakin borclu barəsində həmin tarixdən Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən hansı məcburi icra tədbirlərinin keçirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 20 fevral 2025ci il tarixli MN №2088337 saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 20 fevral 2025-ci il tarixli MN №2088337 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar