Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-932/2022 10.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X14 Polis Şöbəsinin polis baş inspektoru X3, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 Yol Polisinin yol patrul xidmətinin inspektoru X4 tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X9 X13 tərəfindən TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərar ilə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X9 X10 TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, 11 iyul 2022-ci il tarixdə Bərdə Rayon X9 Yol Polisinin Bölməsinin yol patrul xidmətinin baş inspektoru X4 tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin yerdə qoşa xətti ayaqlamaq barədə heç bir fotoşəkil və videoçəkiliş yoxdur. Cəriməni ödəməyə imkanı yoxdur. Hamı ordan dönür, o da dönmüşdür. Dönən zaman heç bir avtomobil olmamışdır. Odur ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X14 Polis Şöbəsinin polis baş inspektoru X4 ifadəsində göstərdi ki, X2 H.Əliyev prospekti ərazisində VAZ 2107 MİNİK markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması ilə əlaqədar barəsində TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarla 60 manat cərimə edilmişdir. Qərar əsaslı və qanunun tələbləri pozmadan tərtib olunduğuna görə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, X2 H.Əliyev prospekti ərazisində VAZ 2107 MİNİK markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması ilə əlaqədar barəsində TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarla 60 manat cərimə edilmişdir. Qərar əsaslı və qanunun tələbləri pozmadan tərtib olunduğuna görə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Bərdə rayon X9 X13 tərəfindən TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarından görünür ki, X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə qeyd edir ki, X2 11 iyul 2022-ci il tarixdə saat 11:55 radələrində VAZ 2107 MİNİK markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsə də bunu sübut edə bilmədi. Əksinə olaraq barəsində inzibati icraat aparılmış şəxs qanun pozuntusu edərkən həmin yolda heç bir avtomobilin olmadığını, hamının oradan döndüyünü, hazırda cəriməni ödəməyə imkanı olmadığı üçün şikayət etdiyini etiraf edərək bildirmişdir. Məhkəmə iclasında X2 TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X1 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X9 X13 tərəfindən TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarından X1 verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 Yol Polisinin yol patrul xidmətinin inspektoru X4 tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* saylı, 24 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-932/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-932/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver