Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-933/2022 16.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli EQ 10681391 saylı inzibati tənbeh verilməsi haqqında qərardan X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli EQ 10681391 saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. X3 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elçin Xasiyevin barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 10681391 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elçin Xasiyevin ona inzibati tənbeh vermə haqqında EQ 10681391 saylı qərar qəbul edilmişdir. Qərar qəbul edilmişdir ki, guya o təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə olunur. Ona görə də İXM nin 329.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında EQ 10681391 saylı qərar qəbul edilmişdir. Sadəcə qərəzli olaraq belə bir qərar tərtib edilməklə inzibati tənbeh verilmə haqqında EQ 10681391 saylı qərar qəbul edilmişdir. Hesab edir ki sözgedən qərar ləğv edilməlidir. Bu qərəzli qərarla razı deyil. Ona görə də hesab edir ki, İXM-nə istinadən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında EQ 10681391 saylı qərar ləğv edilməlidir. Beləki, onun kəməri vurmamağının təsdiq edilməsi üçün ona heç bir sənəd və fotoşəkil təqdim edə bilməmişlər. O da məcbur qalıb məhkəməyə müraiət etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 20 iyul 2022-ci il tarixli EQ 10681391 saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Bu Məcəllənin 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. İş materiallarından müəyyən edildi ki, X3 20 iyul 2022-ci il tarixdə idarə etdiyi VAZ- 2107 minik markalı 20 BG-407 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 209-cu km-də hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göründüyü kimi, X1 20 iyul 2022-ci il tarixdə idarə etdiyi VAZ-2107 minik markalı 20 BG-407 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 209-cu km-də hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsi halı öz təsdiqini tapdığından, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək ona 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X3 20 iyul 2022-ci il tarixdə inzibati xəta törətməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar olaraq qanunvericiliyin tələbləri pozulmadığından, X1 şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 436.1, 436.1.1 və 436.1.2ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında, şikayətin və ya protestin təmin edilməməsi haqqında qərar qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 430, 431, 432 və 436-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin X3 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib etdiyi inzibati tənbeh vermə haqqında 20 iyul 2022-ci il tarixli EQ 10681391 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-933/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-933/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver