Məhkəmə qərarları › İş №3(021)-94/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-94/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-94/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə RPŞ-nin polis sahə rəisi X5, zərəçəkmiş şəxslər X1, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirаkları ilə, xx.xx.1963-cü il tarixdə Laçın rayon Dəyhan kəndində аnаdаn оlmuş, Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci mаddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 25 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 25 yanvar 2023cü il tarixdə Bərdə şəhər Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe omamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X11 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə Bazar adlanan ərazidə Bərdə RPŞ-nin İTB-nin polis əməkdaşları xidmətdə olan zaman bir nəfər şəxsin qanunsuz küçə ticarəti ilə məşğul olduğu tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib etdiyi hüquq pozuntusunu izah edən zaman həmin şəxs uca səslə nalayiq ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsə etdiyi hüquq pozuntusunu izah edərək RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs polis əməkdaşlarına əlqol hərəkətləri edərək onlara qarşı tabesizlik göstərərək, öz paltarlarını cırmağa başlamış və şəxs həmin ərazidən qaçaraq uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları həmin şəxsin RPŞ-nǝ gətirilməsini təmin etmişdirlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində potokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə Bazar adlanan ərazidə alverlə məşğul olur. Sahə rəisi onun alver etməyinə imkan verməmiş, digər satıcılara isə heçnə deməmişdir. Buna görə sahə rəisinə iradını bildirmişdir. Sahə rəisi də bazardakı satıcıları ona qarşı qaldırmışdır. Onlar onun məhsullarını dağıtmışlar və sahə rəisi onu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil müdafiə etdiyi şəxsin qadın olmasını və yaşının nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində iştirak edən, həmçinin şahid kimi sorğu-sual edilən X2 bildirdi ki, Köhnə Bazar adlanan ərazidə ticarətlə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində işlədikləri zaman orada alver edən Gülənbər adlı qadın digər şəxslərlə mübahisə etməyə başladı. Polis əməkdaşları ona yaxınşlararaq nizam-intizama dəvət etdikdə onlara qarşı hücum çəkməyə və nalayiq ifadələr işlətməyə başladı. Belə ki, Gülənbər təkcə həmin gün yox, demək olar ki, hər gün bazarın normal fəaliyyətini pozur. O, həmişə imkanı düşdükcə Gülənbərə maddi yardım edir. Lakin yenə də Gülənbər təkcə ona qarşı yox, ətrafdakı satıcılara da maneə olur, onların yerinə öz mallarını yerləşdirir və bunun nəticəsində bazarda hər gün dava-dalaş olur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində iştirak edən, həmçinin şahid kimi sorğu-sual edilən X9 bildirdi ki, Köhnə Bazar adlanan ərazidə ticarətlə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində işlədikləri zaman orada alver edən Gülənbər adlı qadın digər şəxslərlə mübahisə etməyə başladı. Onun bu hərəkətləri birinci hal deyil. Onun üzündən ailəsi ilə Bazara gələn müştərilər bir daha həmin bazara gəlmirlər. Belə ki, belə ki, nalayiq ifadələr işlədir, insanlarda öz ailələrini bir daha həmin bazar gətirmirlər. Artıq onun əlindən hamı bezib. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ- nin PPXB-nin polis nəfəri X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə Bazar adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Zamil Süleymanlı ilə birgə xidmətdə olan zaman Bərdə RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Əliyar Həziyev onları köməyə çağırmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq polis mayoru Ə.Həziyevin qanuni tələbinə tabe olmadığını və ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmədiyini bildirərək etdiyi hüquq pozuntusunu izah edərək RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs onlara əl-qol hərəkətləri edərək tabesizlik göstərmişdir. Həmin şəxsi RPŞ-nə dəvət edən zaman həmin şəxs öz paltarlarını cırmağa başladı və ərazidən qaçaraq uzaqlaşmaq istədi. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişdirlər. RPŞ-də müəyyən olundu ki, həmin şəxs Şəxs Xaliq qızıdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ- nin PPXB-nin polis nəfəri nəfəri X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə Bazar adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Yunis Mahmudov ilə birgə xidmətdə olan zaman Bərdə RPŞnin İTB-nin sahə rəisi, polis mayoru Əliyar Həziyev onları köməyə çağırmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq polis mayoru Ə.Həziyevin qanuni tələbinə tabe olmadığını və ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmədiyini bildirərək etdiyi hüquq pozuntusunu izah edərək RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs onlara əl-qol hərəkətləri edərək tabesizlik göstərmişdir. Həmin şəxsi RPŞ-nə dəvət edən zaman həmin şəxs öz paltarlarını cırmağa başladı və ərazidən qaçaraq uzaqlaşmaq istədi. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişdirlər. RPŞ-də müəyyən olundu ki, həmin şəxs Şəxs Xaliq qızıdır. İşdə olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25 yanvar 2023-cü il tarixdə Bərdə şəhər Ü.Hacıbəyov küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe omamışdır. İşdə olan inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, X8, X2 və X9 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş video görüntüdən müəyyən olunur ki, Şəxs polisinin qanuni tələbinə tabe olmayaraq yüksək tonlu səslə Köhnə Bazar adlanan ərazidə ictimai qaydanı pozmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla və şahid ifadələri ilə tam sübuta yetir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs məhkəmə iclas zalında qeyri-etik davranışı onun bir daha deyilən fikirlərə qadir olmasını təsdiq edir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 25 yanvar 2023-cü il tаrixdən, saat 18:00–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 yanvar 2023-cü il tаrixdən, saat 18:00–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar