Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-948/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ailə təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində hüquqşünas işləyən, Gəncə şəhəri Nizami küçəsi ev 62-də yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 25 iyun 2022-ci il tarixli, EQ10358798 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin (bundan sonra BDYPİ) xx.xx.2022-ci il tarixli, EQ 10358798 saylı qərarının ləğv olunması və onun 50 manat cərimə ödəməkdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (əvvəlki "xxxx" İKB ASC)-də hüquqşünas işləyir. 14 iyun 2022-ci il tarixdə saat təxminən 11:00-12:00 radələrində Bərdə şəhərindən Yevlax rayonu istiqamətində xidməti işi ilə əlaqədar ona təhkim olunmuş **-PK- *** dövlət qeydiyyat nişanlı “Kahazar” markalı avtomobildə hərəkətdə olan zaman DYP-nin yollara nəzarət kamerasının təsir dairəsinə düşməsi və İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş surət həddinin 21-40 km/saat həddində aşmasına görə 50 AZN məbləğində cərimə BDYPİ-nin xx.xx.2019-cu il tarixli, EQ-1370037 saylı protokoluna əsasən 50 manat cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2022-ci il tarixli, EQ-10358798 saylı qərarın ləğv olunmalı və onun 50 manat cərimə ödəməkdən azad olunmalıdır. Belə ki, protokolda və qərarda qeyd olunur ki, hərəkətdə olduğu ərazidə yəni Bərdə şəhərindən 22 km Yevlax şəhəri istiqamətinə yolda surətin maksimum həddi 60 km/saatdır və o güya həmin həddi aşmışdır. Lakin o radara 87 km/saat həddində düşmüşdür.Hərəkət surətinin seçiminə təsir edən yol nişanının 5.22 saylı nişanı yaşayış məntəqəsini müəyyən edir ki, hanski yaşayış məntəqələrində yol nişanının olub olmamasından asılı olmayaraq 5.22 nömrəli nişan varsa maksimumum surət həddi 60 km/saat müəyyən olunur. O, Bərdə rayonu Cəyirli kəndindən çıxdıqdan sonra radara düşmüş yəni hərəkət surətinin seçiminə təsir edən yol nişanının 5.23 saylı nişanənən təsir dairəsindən çıxmışdır. Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinin İİ bəndinin 2-ci bölməsində qeyd olunur ki, minik avtomobilləri yaşayış məntəqələrindən kənarda başqa yollarda 90 km-dən çox olmayan surətdə hərəkət edə bilər ki, o isə avtomobili 87 km/saat surətlə idarə etmişdir. Həmçinin həmin maddəsinin Vİİ bəndində qeyd olunmuşdur ki, yollarda nəqliyyat vasitələrinin hərəkət surətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasiojnar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən surət həddini göstərən 3.24 №maksimum surətin məhdudlaşdırılması”nişanı qurşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqlərində isə 50-200 metr qabaqda quraşdırılır. Onun Bərdə rayonu Cəyirli kəndindən çıxışı ilə radarın arası təxminən 250 metrə yaxındır və həmin aralıqda surəti məhdudlaşdıran heç bir yol nişanı yoxdur. Bu səbəbdən də o yaşayış məntəqəsi olmayan ərazidə 90 kvm/saat surət həddi müəyyən olunmuş yolda 87 km/saat surətlə hərəkətdə olmuşdur. Odur ki, məhkəmədən BDYPİ-nin 25 iyun 2022-ci il tarixli, EQ10358798 nömrəl protokolunun ləğv olunması və onun 50 manat cərimə ödəməkdən azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına şikayətçi X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə BDYPİ-yə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ADN585348 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, ** PK *** dövlət qeydiyyat nişanlı “KHAZAR-minik” markalı avtomobil "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. "xxxx" İKB ASC-nin Gəncə filialının yol vərəqəsindən görünür ki, “KHAZARminik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməsi üçün X3 verilmişdir. BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, EQ 10358798 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:49-da “KHAZAR minik” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10358798 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 barəsində İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, BDYPİnin xx.xx.2022-ci il tarixli, EQ-10358798 saylı qərarın ləğv olunması və onun 50 manat cərimə ödəməkdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10358798 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 oğlu barəsində İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. X5 5.22 saylı yol nişanının təsir dairəsində olarkən qanunla müəyyən olumuş maksimumum surət həddi olan 60 km/saat sürət həddini aşaraq 87 km/saat sürətlə hərəkət edərək AR.İXM-in 328.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətində göstərilən hallar, yəni avtomobilin 90 km/saat sürət məhdudiyyətinin müəyyən edildiyi yerdə hərəkətdə olması, yaxud avtomobilin 5.22 saylı yol nişanının təsir dairəsinin olmadığı yaxud bitdiyi nöqtədən sonra, yaxud 5.23 saylı yol nişanından sonra hərəkətdə olarkən fotoşəklinin qeydə alınması halı iş materialları ilə sübuta yetirilmir. Bu isə X2 5.22 saylı yol nişanının tələblərini pozaraq 60 km/saat sürət məhdudiyyətinin müəyyən olunduğu yerdə 87 km/saat sürətlə hərəkət edərək AR.İXM 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edir və bu hal inzibati xətanın törədildiyi anın fotoşəkli və digər sənədlər ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X5 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 10358798 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1- ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, EQ 10358798 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-948/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-948/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver