Məhkəmə qərarları › İş №3(021)-95/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-95/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-95/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Bərdə rayonu Çələbilər kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Çələbilər kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-435/2021 saylı 11 fevral 2021-ci il tarixli icra sənədi üzrə borclunun 13814 (on üç min səkkiz yüz on dörd) manat borcu qalmışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-435/2021 nömrəli 11 fevral 2021-ci il tarixli icra sənədi üzrə 13814 (on üç min səkkiz yüz on dörd) manat olan borc X7, Şəxs tərəfindən ödənilməmişdir. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 verdiyi izahatında bildirdi ki, Şəxs borcunun ödənilməsini istəyir. Bərdə Rayon Məhkəməsənin 2(021)-435/2021 nömrəli 29 mart 2021ci il tarixli qətnaməsinin icra olunmasını istəyir. Ödəməyə imkanı yoxdursa tutulsun. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödəniş qəbzləribi məhkəməyə təqdim edərək izahatında bildirdi ki, borcu tam ödəməyə imkanı yoxdur. Lakin aylıq ödənişləri edir. Gecikmə olmamışdır. Barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Sahibin öhdəliyində üç uşağı var, imkanı yoxdur. Ödənişlərdən yayınma halları yoxdur. Bütün çağırışlara vaxtında getmişdir. Buna görə də hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-435/2021 nömrəli 11 fevral 2021-ci il tarixli icra sənədi üzrə Şəxs 15 364 (on beş min üç yüz altmış dörd) manant məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tələbkar X7 ümumilikdə 1700 (min yeddi yüz) manat ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun çıxışlarını dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs ödənişlərdə gecikmə halları müşayət olunmamışdır. Bu faktlar Şəxs tərəfindən məhkəmə iclas zalında təqdim edilmiş ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Şəxs qalıq borcu aylıq gecikdirmə olmadan ödəyəcəyinə soz vermişdir. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar