Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-959/2023 18.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1996-ci il tarixdə Bərdə rayonunda anаdаn оlmuş, Bərdə rayon Kələntərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 18 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bərdə rayonu Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023- cü il tarixdə, saat 13:45 radələrində Azərbaycan Respublikası DİN-in “102” Xidmətinə zəng edərək bir neçə ay bundan əvvəl yaşadığı kənddə Şöhrət adlı şəxs tərəfindən döyüldüyü barədə məlumat vermiş, həmin məlumat əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 24 radələrində, Bərdə rayonu Kələntərli kəndində yaşayan Şəxs ilə həmin kənddə yaşayan Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisə və dava-dalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Ona görə də əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törtdiyi əməli etiraf edərək billdirdi ki, hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 22 fevral 2023-cü il tarixdə, saat 01 radələrində həmkəndlisi Şöhrət və onun əmisi oğlu Fərhad onu Şöhrətin işlədiyi bər-bərxananın yanına çağırmışlar, ona bildirmişlər ki, o, Şöhrətin tanışı Yunisin dalınca danışmışdır, onlar söhbət etdiyi zaman Şöhrət qəflətən başı ilə və yumruqla onun başına və üzünə vuraraq onu döymüşdür, həmin vaxt Fərhad onları aralaşdırmış, o, evə getmiş və döyüldüyünə görə təcili tibbi yardım məntəqəsinə müraciət edərək həkim çağırmışdır, təcili tibbi yardım məntəqəsinə aparılarkən o, Fərhada zəng edərək həkimə müraciət etməsi barədə məlumat vermiş, Fərhad ondan həkimə döyülməyi barədə məlumat verməməsini, yıxılmasını deməsini xahiş etmiş, ona müalicəsi üçün nə lazımsa kömək edəcəklərini söz vermiş, buna görə də o, həkim müayinəsində olarkən yıxılaraq xəsarət almasını bildirmiş, lakin sonradan Şöhrət və Fərhad onun müalicəsi üçün ona heç bir köməklik etməmişlər, buna görə də o, xx.xx.2023-cü il tarixdə «102» xidmətinə zəng edərək Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda barışmamışlar. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Bərdə RPŞ TB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 15 aprel 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə rayonu Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023- cü il tarixdə, saat 13:45 radələrində Azərbaycan Respublikası DİN-in “102” Xidmətinə zəng edərək bir neçə ay bundan əvvəl yaşadığı kənddə Şöhrət adlı şəxs tərəfindən döyüldüyü barədə məlumat vermiş, həmin məlumat əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 24 radələrində, Bərdə rayonu Kələntərli kəndində yaşayan Şəxs ilə həmin kənddə yaşayan Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisə və dava-dalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Ona görə də əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA PHŞ-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 186 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol alın və almacıq nahiyəsinin sıyrılmış yarası, sol gözətrafı nahiyənin hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Toplanmış material üzrə araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 18 may 2023-cü il tarixə Bərdə RPŞdə İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 15 (on beş) gün izibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 may 2023-cü il tаrixdən, saat 16:15–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-959/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-959/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver