Məhkəmə qərarları › İş №3(021)-96/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-96/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-96/2023 06.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ Regional Şöbəsinin 16 yanvar 2022-ci il tarixli, MN065892 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ Regional Şöbəsinin 16 yanvar 2022-ci il tarixli, MN 065892 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində 1300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı şəhəri Nərimanov rayonunda yerləşir. Belə ki, Filialın hüquqi ünvanı ünvan 23-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Məhkəmə hesab edir ki, “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ Regional Şöbəsinin 16 yanvar 2022-ci il tarixli, MN065892 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair müraciəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Kalyon RST X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ Regional Şöbəsinin 16 yanvar 2022-ci il tarixli, MN065892 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar