Məhkəmə qərarları › İş №3(021)-962/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-962/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-962/2023 08.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1987-ci il tarixdə, Şəki rayonu, Kiş kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiş kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 515.0.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Şəki rayonu Kiş kəndində qeydiyyatda olsa da hal hazırda Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən X5 məxsus fərdi yaşayış evində yaşayır. O 1997-ci ildən dini ibadətlə məşğuldur və həmin vaxtdan dini kitablar oxuyaraq İslam dini haqqında məlumatlar toplamışdır. O təxminən 20 il ərzində müxtəlif yerlərdə dini kitablar alaraq özündə saxlamışdır. O bir neçə dəfə Türkiyə Respublikasında, 1 dəfə İran İslam Respublikasında və 1 dəfə X1muşdur. Onun hal hazırda istifadəsində Said Nursinin müəllifi olduğu kitablar təşkil etsədə digər şəxslərində müəllifi olduğu dini ədəbiyyatla maraqlanmışdır. O təxminən 5 ildir ki, tanışı X14 oğlunun yaşadığı evə gəlib-getmişdir və Bərdə şəhərində olarkən Etibar Quliyevə məxsus evdə yaşamışdır. O həmin evdə qaldığı müddət ərzində tanışları Etibar Quliyev, Seymur, Yasin və Cəsarət adlı şəxslər onun yaşadığı evə gəlib-getmişlər və həmin şəxslər onun evində olarkən onlar dini söhbətlər etmiş və ibadətlər etmişlər. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o yaşadığı evdə olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evin qarşısına gələrək onu küçəyə çağırmış və söhbət əsnasında onun yaşadığı evdə qanunsuz dini toplantılar keçirməsi barədə məlumat aldıqlarını və bununla bağlı yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O buna etiraz etməmiş və polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərək evdən 17 ədəd Said Nursinin müəllifi olduğu üzərində "X6 Kastamonu Lahikası" yazısı olan kitab, 30 ədəd Said Nursinin müəllifi olduğu və üzərində "X6 Barla Lahikası" yazısı olan kitab, 12 ədəd Said Nursinin müəllifi olduğu və üzərində "X6" yazısı olan kitab, 28 ədəd "cüz" qırmızı rəngli ərəb hərfləri ilə yazılmış kitab, 30 ədəd "cüz❞ yaşıl rəngli ərəb hərfləri ilə yazılmış kitab, 02 ədəd Mimmet Koçoğlunun müəllifi olduğu "Kastomonu Kahramanları" adlanan kitab, 50 ədəd üzərində Mucizat Risalesi yazısı olan kitab, 02 ədəd Mustafa Sungurun müəllifi olduğu "Risalei Nur" adlanan kitab, 12 ədəd ərəb əlifbası ilə yazılmış "Quran" kitabı, 07 ədəd Said Nursinin müəllifi olduğu "Hizmet Rehberi" adlanan kitab, bundan başqa bir ədəd qara rəngli mikrafon, 14 ədəd müxtəlif rəngli təsbeh, 48 ədəd üzərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının bayrağı əks olunmuş tibbi maska, 5000 manat pul, 300 ABŞ dolları, 70 Türk lirəsi və 14 Ukraina Qrivini, 8 ədəd mobil telefon üçün istifadə olunan yaddaş kartı aşkar olunaraq götürülmüşdür. O heç bir dini qruplaşmanın üzvü olmadığını və dini təbliğat həyata keçirmədiyini bildirmişdir. O yaşadığı evdən aşkar edilərək götürülmüş dini ədəbiyyatların heç birinin qanunla qadağan edilmiş ədəbiyyatlar olmadığını, həmin kitabların İslam dini barəsində və Qurani-Kərimin elmi təfsiri olduğunu və qeyd olunan kitablarda heç bir dini radikalizmə aid ədəbiyyat olmadığını bildirmişdir. Nəzərə alınmasını məhkəmə xahiş edir.Bundan başqa o təkrarən məhkəməyə bildirdi ki, heç bir dini toplantı keçirməyib və polis əməkdaşları gələn vaxt da orada hər hansı dini toplantı keçirilməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, protokolu tərtib etmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs – xx.xx.1987-ci il tarixdə Şəki rayonu, Kiş kəndində anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 mart 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlər əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəki rayonunda andan olmuş, əvvəllər məhkum olunmamış, evli, işsiz, hal hazırda Bərdə şəhəri İ.Qayıbov küçəsi ev 11-də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddələrlə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti şöbənin İTB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli, 4/155 nömrəli ekspert rəyindən görünür ki: 1) Təqdim edilmiş ədəbiyyatda Azərbaycan Respublikasının Konstitusiyasına qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. 2) Təqdim edilmiş ədəbiyyatda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına va ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. 3) Təqdim edilmiş ədəbiyyatda aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. 4) Təqdim edilmiş ədəbiyyatda dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. 5) Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından aşağıda adları qeyd olunanlar ölkə nəşriyyatlarında çap olunmuşdur: 1. X11. "Risale-i X7" (1 ədəd, "Sim" mətbəəsi, Bakı, 1996); 2. X11. "Risale-i X8 risalesi" ("Sim" mətbəəsi, Bakı, 1996); 3. X11."Risale-i Nur Külliyatı"ndan Kırtǝ sixanon" (3 ədəd, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2006, "Küçük sözler" kitabının talış dilinə tərcüməsi); 4. X9 "Risale-i Nur külliyyatından İnsani iman" (3 ədəd, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2006); 5. X11 "Risale-i X10 risaləsi" ("Sim", Bakı, 1996); 6. Qurani-Kərim" əlifbası (6 ədəd, Bakı, 2013); 7. "Şəkillərlə namaz" (7 ədəd, Bakı, 2015); 8. "Misvak və onun XXİ əsrdə istifadə olunması" ("Raf" yayınları, Bakı, 2002). 6) Təqdim edilmiş 46 adda Səid Nursinin müəllifi olduğu "Risale-i Nur" külliyyatına daxil olan və ya onlardan bəhs edən kitablarla bağlı bildiririk ki, "Risaleyi-Nur" külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin "Risaleyi-Nur" külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyinə görə 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Şəxs sözügedən dini ədəbiyyatların ölkəyə idxalı ilə əlaqədar X15 üzrə Dövlət Komitəsinə müraciət etməmişdir. Eyni zamanda bildiririk ki, adları aşağıda qeyd olunmuş ədəbiyyat nümunələri Azərbaycan Respublikası ərazisində idxalı, istehsalı, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə, satışı və yayılması məqsədəuyğun olmayan ədəbiyyatlara aid deyildir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə ki, cinayət İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göründüyü kimi Şəxs inzibati xəta törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 515, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar