Məhkəmə qərarları › İş №3(021)-963/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-963/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-963/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 28 avqust 1964-cü il tarixdə Bərdə rayonunda doğulmuş, ailəli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 izahatında göstərdi ki, ünvan 2 ünvanına baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirdikdən sonra həmin evə baxış keçirimiş və Şəxs yaşadığı ünvandan 01 ədəd “MİA-2” markalı mobil telefon, 01 ədəd sistem bloku, 01 ədəd flaşkart, 01 ədəd yaddaş kartı, 01 ədəd “POCO F-3” markalı mobil telefon, 02 ədəd notebook kompyuteri, 28 ədəd said Nursinin müəllifi olduğu üzərində “X6 Kastamonu Lahikası”, “X6 Lahikası”, “Məktubat”, “Emirdağ Lahikası” və s yazısı olan kitablar, 36 ədəd müxtəlif dini ədəbiyyatlar, 12 ədəd video kaset götürülmüş, baxış video lentə alınmış və video görüntü 01 ədəd DVD diskə köçürülməklə materiala əlavə edilmiş və bu barədə protokol tərtib edilmiş, Şəxs və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Kamilli Asiman Etibar oğlu izahatında göstərmişdir ki, təxminən 2006-cı ildən valideyinlərinin köməkliyi ilə dinlə, Allaha ibadətlə məşğul olur, dini kitablara marağı olub, həmin vaxtdan dini kitablar oxuyaraq İslam dini haqqında məlumatlar toplayır. Atası Şəxs əldə etdiyi dini ədəbiyyatları oxumuşdur. Kitabxanalarında müəllifi Said Nursi olan "Bediüzzaman" ləqəbli dini alimə məxsus kitablar çoxluq təşkil etsədə, bundan başqa Yusuf Tavaslı, Ahmet Şahin, Nurettin Boyacılar,Osman Nuri Topbaş, Arif Həşimov, Yasemin Gülecyüz və Ramazan Topdemirin müəllifi olduğu ədəbiyyatları vardır. Bunlardan ən çox istifadə etdiyi ədəbiyyatlar Said Nursinin müəllifi olduğu "Sözlər", "Məktubat", "Lemalar", Tarixçeyi Həyat", "Şüualar", "Emirdağ Lahikası", "KastaminuLaikası", "Asayi Musa", "Mesnevi Nuriyye", İmam və Küfür Müvazinəsi" ədəbiyyatları vardır. Atası Şəxs tanışları X2, Seymur Əliyev, qohumları X8 və onların tanışları olan adlarını bilmədiyi 2-3 nəfər şəxs yaşadıqları Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evilərinə qonaq qismində gəlirlər və onlar orada dini söhbətlər edirlər. 25 yanvar 2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində olduğu zaman atası Şəxs başqa şəxslərlə söhbət etdiyini eşitmişdir. Evin giriş qapısından küçəyə çıxdıqda 4 nəfər tanımadığı şəxs özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini ona da göstərmişlər. Polis əməkdaşları yaşadıqları evdə qanunsuz olaraq dini kitabların olub-olmamasını soruşmuşlar, atası Şəxs bildirmişdir ki, yaşadıqları evdə dini kitabları vardır, ancaq onların qanunsuz olubolmadığını bilmir. Polis əməkdaşları yaşadıqları evə baxış keçirmək istədiklərini bildirdikdə, atası Şəxs axtarış və baxış keçirilməsinədə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə yaşadıqları evə baxış keçirilmiş yaşadıqları fərdi yaşayış evinin birinci və ikinci mərtəbələrinin otaqlarında saxladığları dini kitabları polisəməkdaşlarına təqdim etmişlər. Təqdim etdikləri müxtəlif adlarda kitablar, videokasetlər, 2 ədəd mobil telefon, 1 ədəd yaddaş kartı, 1 ədəd flaşkart polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin Asiman Kamilli ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, dini məzhəbi hənəfi məzhəbidir, heç bir dini quruplaşmaya üzv deyildir. Hər hansı şəxs üzərində dini təbliğat aparmır və dini dərslər keçmir. Bərdə rayonu ərazisində Şiə məzhəbində olan şəxslər çoxluq təşkil etdiyindən, onun və onlar kimi Hənəfi məzhəbində olan şəxslər Şiə məzhəbinə məxsus olan məsciddə namaz qılarkən aralarında narazılıq yaşanmaması üçün rayonun Lənbəran kəndində yerləşənkənd məscidinə və Yevlax rayonunda yerləşən məscidlərə bəzi hallarda gedir. Orada isə Terlan Salamov və Seymur Əliyevlə tanış olmuşdur. Yığıncaqları ona məxsus olan Bərdə şəhəri Heydər Əliyev prospekti ev 15 ünvanında və ya mərhum qardaşı Anar Quliyevə məxsus olan Tərlan Salamova müvəqqəti yaşaması üçün verdiyi ünvan 3 ünvanında təşkil edirlər. Görüşlərində İslam dininin möcüzələrindən və din alimlərinin kitablarından söhbətlər edirlər. Hər hansı təşkilat tərəfindən maliyyələşdirilmir. Evindən aşkar edilərək götürülmüş dini ədəbiyyatların heç biri qanunla qadağan edilmiş ədəbiyyatlar deyildir. Həmin kitablar ancaq İslam dini barəsində və Qurani-Kərimin elmi təvsiridir. Həmin kitablarda heç bir dini radikalizimə aid ədəbiyyat yoxdur. Məhkəmə iclasında şahid Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilli, polis leytenantı X12 izahatında göstərmişdir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, 28 avqust 1964-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, X26 sahəsində nəzarətçi işləyən, ünvan 4 ünvanda yaşayan Şəxs və həmin evdə yaşayan 10 yanvar 1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz Kamilli Asiman Etibar oğlunun «Nurçuluq» dini cərəyanının üzvü olmaqla, yaşadığı evdə qanunsuz olaraq dini cərəyanların təbliği və tədrisi ilə əlaqədar, qanunsuz olaraq dini ədəbiyyatlar saxlayır. Buna görə də Şəxs və Kamilli Asiman Etibar oğlunun cinayət əməlinin ifşa olunması üçün onun yaşadığı evə baxış keçirilməsi məqsəd ilə 25 yanvar 2023-cü il tarixdə müvafiq raport tərtib olunaraq Bərdə rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. Raport əsasında 25 yanvar 2023-cü il tarixdə, saat 23:30 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının və Şəxs və Kamilli Asiman Etibar oğlunun iştirakı ilə onların yaşadıqları evə baxış keçirilmişdir. Baxış zamanı Şəxs və Kamilli Asiman Etibar oğlunun yaşadıqları evdə dini kitablar saxladığını etiraf edərək həmin kitabları təqdim etmiş, 01 ədəd “MİA-2” markalı mobil telefon, 01 ədəd sistem bloku, 01 ədəd flaşkart, 01 ədəd yaddaş kartı, 01 ədəd “POCO F-3” markalı mobil telefon, 02 ədəd notebook kompyuteri, 28 ədəd said Nursinin müəllifi olduğu üzərində “X6 Kastamonu Lahikası”, “X6 Lahikası”, “Məktubat”, “Emirdağ Lahikası” və s yazısı olan kitablar, 36 ədəd müxtəlif dini ədəbiyyatlar, 12 ədəd video kaset aşkar edilərək götürülmüşdür. Həmin kitablar, elektron cihazlar və videokasetlər ekspertizaya təqdim olunması üçün tərəfimizdən götürülmüşdür. Həmçinin aparılmış əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Şəxs tanışı Bərdə rayonu İsmət Qayıbov küçəsində yaşayan Tərlan adlı şəxslə və Seymur adlı şəxslə «Nurçular»ın yığıncaqlarında iştirak etmişdir. Məhkəmə iclasında şahid X13 izahatında göstərmişdir ki, təxminən 1993-cü ildən dinlə, Allaha ibadətlə məşğuldur, dini kitablara marağı olmuş, həmin vaxtdan dini kitablar oxuyaraq din barədə daha çox məlumatlar toplamağa calışmışdır. 1993-cü ildən əvvəllər onunla Bərdə şəhəri 1 nömrəli tam orta məktəbdə bir sinifdə oxumuş və dostluq münsibətləri olan X14 ilə birlikdə dinlə maraqlanmışlar, 1994-cü ildən başlayaraq Anar Quliyev ona oxumaq üçün dini kitablar da verməyə başlamışdır. Həmin vaxt, yəni 1994-cü ildə Anar Quliyev ona müəllifi X5 «Mektubat» kitabını vermişdir, o həmin kitabı oxumuş, həmin kitabda «Quran» ayələrinin təsviri və Peyğəmbərlərin həyat və möcüzələrindən bəhs edilir. Bundan başqa, həmin vaxtdan 2010-cu ilədək Anar Quliyev ona müəllifi X5 başqa kitablar da vermişdir. Bunlardan «Lemalar» kitabı da «Quran» ayələrinin şərhi və müxtəlif Peyğəmbərlərin həyatından bəhs edir, «Asayi Musa» kitabı Musa Peyğəmbərin həyatından və möcüzələrindən bəhs edir, «Tarihçei Hayatı» müəllifin öz həyat və yaradıcılığından bəhs edir, «Quran» kitabından surələr və ayələr, bundan başqa həmin müəllifin «Xanımlar rəhbəri», «Ayetül-Kübra», «Meyve Risalesi», 2 nüsxə «Rahmet ve Şevkat İlaçları» kitabı, «Uxuvvət Risaləsi», «Küçük Sözler», «Münacat», «Namaz Tesbihatı ve Türkçe açıklaması» kitablarını həmin vaxtdan özündə saxlamış, həmin kitabları özü üçün oxumuşdur. Bunlardan başqa bir neçsə il bundan qabaq dini kitablar və dini məhsulların satışı olan mağazadan 2 ədəd kiçik ölçülü «Quran» dan surələr kitabları da almışdır. Şəxs 1990-cı ildən tanıyır və onunla dostluq münasibəti var. Birlikdə Allaha ibatəd edib, namaz qılmışlar. Şəxs və mərhum qardaşı Anar Quliyevə məxsus Bərdə şəhəri ərazində yerləşən fərdi yaşayış evində görüşərək namaz qılıb, dini söhbətlər etmişlər. Görüşlərində İslam dinin möcüzələrindən və dini alimlərin kitablarından söhbət etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X26 sahəsində nəzarətçi vəzifəsində işləyir. Təxminən 1998-ci ildən dinlə, Allaha ibadətlə məşğul olur, dini kitablara marağı olub, həmin vaxtdan dini kitablar oxuyaraq İslam dini haqqında məlumatlar toplayır. 1998-ci ildən müxtəlif yerlərdən dini ədəbiyyatlar əldə etmişdir. Kitabxanasında müəllifi Said Nursi olan "Bediüzzaman" ləqəbli dini alimin məxsuskitablar çoxluq təşkil etsədə, bundan başqa Yusuf Tavaslı, Ahmet Şahin, Nurettin Boyacılar,Osman Nuri Topbaş, Arif Həşimov, Yasemin Gülecyüz və Ramazan Topdemirin müəllifi olduğuədəbiyyatları var. Bunlardan ən çox istifadə etdiyi ədəbiyyatlar, Said Nursinin müəllifi olduğu"Sözlər", "Məktubat", "Ləmalar", Tarixçeyi Həyat", "Şüalar", "Emirdağ Lahikası", "KastaminuLaikası", "Asayi Musa", "Mesnevi Nuriyye", İmam ve Küfür Müvazinəsi" ədəbiyyatlardır. Bəzihallarda tanışları X2, Seymur Əliyev, qohumu Göyüşov YasinGöyüş oğlu və tanışları olan adlarını bilmədiyi 2-3 nəfər şəxs yaşadığı özünəməxsus olan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinə qonaq qismində gəlirlər və onlarda orada dini söhbətlər edirlər. 25 yanvar 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında olan zaman 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları yaşadığı evdə qanunsuz olaraq dini kitabların olub-olmamasını soruşlar, o bildirmişdir ki, yaşadığı evdə özünün dini kitabları var, ancaq onların qanunsuz olub-olmadığınıbilmir, polis əməkdaşları yaşadığı evə baxış keçirmək istədiklərini bildirdikdə, evində axtarış və baxış keçirilməsinədə heç bir etirazının olmaması barədə ərizə yazmışdır.Bundan sonra video çəkilişlə yaşadığı evə baxış keçirilmiş və o yaşadığı fərdi yaşayış evinin birinci və ikinci mərtəbələrinin otaqlarında saxladığı dini kitabları polis əməkdaşlarına təqdim etmişdir.Təqdim etdiyi müxtəlif adlarda kitablar, videokasetlər, 2 ədəd mobil telefon, 1 ədəd yaddaş kartı, 1 ədəd flaşkart polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin Şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, dini məzhəbi hənəfi məzhəbidir, heç bir dini quruplaşmaya üzv deyildir. Hər hansı şəxs üzərində dini təbliğat aparmır və dini dərslər keçmir. Bərdə rayonu ərazisində Şiə məzhəbində olan şəxəslər çoxluq təşkil etdiyindən, onun və onlar kimi Hənəfi məzhəbində olan şəxslər Şiə məzhəbinə məxsus olan məsciddə namaz qılarkən aralarında narazılıq yaşanmaması üçün rayonun Lənbəran kəndində yerləşənkənd məscidinə və Yevlax rayonunda yerləşən məscidlərə bəzi hallarda gedir. Orada isə Tərlan Salamov və Seymur Əliyevlə tanış olmuşdur. Yığıncaqları ona məxsus olan Bərdə şəhəri Heydər Əliyev prospekti ev 15 ünvanında, həmçinin mərhum qardaşı Anar Quliyevə məxsus olan Tərlan Salamova müvəqqəti yaşaması üçün verdiyi ünvan 3 ünvanında təşkil edirlər. Görüşlərində İslam dininin möcüzələrindən və din alimlərinin kitablarından söhbətlər edirlər. Hər hansı təşkilat trərfindən maliyyələşdirilmir. Evindən aşkar edilərək götürülmüş dini ədəbiyyatların heç biri qanunla qadağan edilmiş ədəbiyyatlar deyildir. Həmin kitablar ancaq İslam dini barəsində və Qurani-Kərimin elmi təvsiridir.Həmin kitablarda heç bir dini radikalizimə aid ədəbiyyat yoxdur. Bərdə rayonu ərazisində Şiə məzhəbində olan şəxslər çoxluq təşkil etdiyindən, onun və onlar kimiHənəfi məzhəbində olan şəxslər Şiə məzhəbinə məxsus olan məsciddə namaz qılarkən aralarında narazılıq yaşanmaması üçün rayonun Lənbəran kəndində yerləşən kənd məscidinə və Yevlax rayonunda yerləşən məscidlərə bəzi hallarda gedir. Heç bir dini təriqətin və məzhəbin üzvləri deyildir. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis polis kapitanı X7 tərəfindən tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması inzibati xətasını törətmişdir. Bərdə rayon X10 Təhlükəsizlilk Bölməsinin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsi ev 3-də yaşayan Şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar edilmiş ədəbiyyat nümunələri və materiallarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamış, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud olmamış, kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq kimi hallar olmamışdır. Şəxs əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon X10 Təhlükəsizlilk Bölməsinə göndərilmişdir. Bundan başqa Bərdə Bərdə rayon X10 Təhlükəsizlilk Bölməsinin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 16 ədəd kitabda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatların olub-olmamasını və digər xüsusatları müəyyən etmək üçün xüsusi bilik tələb olunduğuna görə məhkəmə linqivistikdinşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-linqvistik və dinşunaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli, 4/157 nömrəli rəyindən görünür ki; 1) Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. 2) Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda hakimiyyətin zorla ələkeçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiyaquruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıqçağırışlar mövcud deyildir. 3) Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa,hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar,eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dairməlumatlar əks olunmamışdır. 4) Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda aşkar surətdə milli, irqi,sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına milli ləyaqətin alçaldılmasına, habeləmilli, irqi,sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarınınməhdudlaşdırılmasınavə ya üstünlüklərininmüəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. 5) Təqdim edilmiş aşağıda adları göstərilən ktablar istisna olmaqla, digərləri dini mahiyyətli ədəbiyyatlara aiddir: 1.Nəsiman Yaqublu. "Azərbaycan milli azadlıq hərəkatı"; 2.Nəsiman Yaqublu. "Cümhuriyyət qurucuları"; 3.Nəsirəddin Tusinin. "Tansuqnameyi-elxani"; 4.Yusuf Şirvani. "Tibbnamə"; 6.X16. "Tibbnamə"; 7.Fikrət Ləmbərani. "Xalq təbabəti". Etibar Kamal oğlu Quliyev və Asiman Etibar oğlu Kamilliyə məxsus 47 ədəd SəidNursinin müəllifi olduğu "Risale-i Nur" külliyyatına daxil olan və ya onlardan bəhs edənkitablarla bağlı bildiririk ki, "Risaleyi-Nur" külliyyatına daxil olan və bənzəri diniədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı birməhdudiyyət tətbiq edilməmişdir. Lakin "Risaleyi-Nur" külliyyatına daxil olan və bənzəri diniədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək,eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdəölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq,əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyinə görə 2009-cu ildən bukitabların kütləvi şəkildə ölkəyə idxalı,yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Etibar Kamal oğlu Quliyev və Asiman Etibar oğlu Kamilli sözügedən dini ədəbiyyatların ölkəyə idxalı ilə əlaqədar X25 üzrə Dövlət Komitəsinə müraciət etməmişdirlər. Eyni zamanda bildiririk ki, adlar aşağıda qeyd olunmuş ədəbiyyat nümunələri Azərbaycan Respublikası ərazisində idxalı, istehsalı, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə, satışı və yayılması məqsədə uyğun olmayan ədəbiyyatlara aid deyildir: 1.Osman Nuri Topbaş. "Könül bağçasından son nəfəs" (2 ədəd); 2.Arif Həşimov. "İslam mədəniyyətində qardaşlıq” 3.Osman Nuri Topbaş. "Kuran ve sünnet ikliminda İslam, iman, ibadet" 4.Harun Yəhya. "Nümunəvi müsəlman qadın - Həzrəti Məryəm" 5.Mehmed Paksu. "Açıqlamalı İslam ilmihali";

6. Yusuf Tavaslının "Tam dua"; 7."Qurani-Kərim";

8. Abdullah Yeğin. "Yeni lugat";

9. Ahmed Şahin. "Sünnet ışığında hayat". 6) Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinəyetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldanvə ya insane pərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması vətəbliği halları əks olunmamışdır. 7) Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından aşağıda adları qeyd olunanlar ölkə nəşriyyatlarında çap olunmuşdur:

1. Osman Nuri Topbaş. "Könül bağçasından son nəfəs" (2 ədəd, “İpəkyolu" Nəşriyyatı Bakı, 2012)

2. Arif Həşimov. "İslam mədəniyyətində qardaşlıq" ("İpəkyolu" Nəşriyyatı, Bakı, 2009)

3. Harun Yəhyanın "Nümunəvi müsəlman qadın - Həzrəti Məryəm" ("Əbilov, Zeynalov və oğulları", Bakı, 2004);

4. X17. "Risale-i X3" ("Nurlar" NPMBakı, 2005) Digər dini təyinatlı ədəbiyyatlar Türkiyə Respublikasından ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında Qanununun 1-ci maddəsinə əsasən şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Beləliklə həmin Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında Qanununun tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Bundan başqa Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında Qanununun 22-ci maddəsinə əsasən, vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Azərbaycan Respublikasının sərbəst toplaşmaq azadlığı haqqında Qanununun 8-ci maddəsinə əsasən yalnız ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir. Beləliklə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması faktı təsdiqini tapmadığından sonuncu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar