Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-964/2023 19.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1 Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 515.0.2-ci maddəsi ilə tərtib edilmiş 19 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Müəyyənetdim: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş 19 may 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.4, 100.1.7, 100.3, 100.4-cü maddələrinin tələbləri pozulmaqla tərtib edilmiş, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş, inzibati xəta törətmiş şəxsin izahatı alınmamış, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsə verilməmiş, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxs tərəfindən imzalanmamış və ya imzalamaqdan imtina etdiyi halda bu barədə protokolda qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının İXM-nin: 100.1-ci maddəsinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. 100.3-cü maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə görə, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İXM-nin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol natamam olduğundan və bu natamamlığı tamamlamaq mümkün olmadığından protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərarverdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə olan 19 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-964/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-964/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver