Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-966/2023 22.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili X6, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 iştirakı ilə, xx xxxx 1981-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(021)-3220/2019 saylı icra sənədi üzrə borclu Şəxs 10260 manat aliment borcu yaranmışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən hər ay iki uşağın saxlanılması üçün X3 260 manat aliment ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq aliment borcunu vaxtında ödəyə bilməmiş, 10260 manat aliment borcu yaranmışdır. Hər ay 260 manat alimentini və əlavə olaraq 100-300 manat aralığında qalıq aliment borcundan ödəyə bilər. Hər gün uşaqlarına baş çəkir, onlara paltar alır, ciblərinə xərclik qoyur. Maddi vəziyyəti ağırdır, aliment borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. 22 may 2023-cü il tarixdə saat 1250 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün 260 manat aliment ödəməlidir. Şəxs aliment borcunu ödəməmiş, hazırda 10260 manat məbləğində aliment borcu vardır. Dəfələrlə Şəxs aliment borcunu ödəməsini tələb etsə də ödəməmişdir. Övladları ilə birlikdə valideynlərinin yanında yaşayır. Övladlarını saxlamaqda çətinlik çəkir, Şəxs isə uşaqların saxlanılması üçün ona heç bir köməklik etmir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün 260 manat məbləğində aliment alınaraq X2 verilməlidir. Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini icra etməmiş, hazırda 10260 manat məbləğində aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən aliment borcunun ödənilməsi tələb edilsə də heç bir nəticəsi olmamış, Şəxs qətnamənin icrasından boyun qaçırmışdır. Şəxs 22 may 2023-cü il tarixdə saat 1250 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(021)-3420/2019 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X7 və X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-745/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay, hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdeh Şəxs tutulub iddiaçı X1 xeyrinə ödənilməsi, Şəxs 30 manat dövlət üsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 “İcraata başlamaq haqqında” 25 noyabr 2019-cu il tarixli qərarından görünür ki, iş üzrə icraata başlanması, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi, icranı könüllü təmin etmədikdə qanuna müvafiq qaydada icra tədbirləri görüləcəyi qərara alınmışdır. 22 iyun 2020-ci il tarixli 173983/06 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcunu tələbkarın xeyrinə tam ödənilməsi barədə ona təkrarən xəbərdarlıq edilmiş və 10 gün vaxt verilmişdir. Qeyd edilmiş müddətdə borcunu tam ödəmədikdə icra tədbirlərinin məcburi qaydada həyata keçriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılacağı, əmlakı üzərinə həbs qoyulacağı, tələbin gəlirinə yönəldiləcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, həmçinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi və cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 3(021)-153/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. 20 fevral 2023-cü il tarixli 173983/2019-43-6-001 nömrəli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu tələbkarın xeyrinə tam ödənilməsi barədə ona təkrarən xəbərdarlıq edilmiş və 10 gün vaxt verilmişdir. Qeyd edilmiş müddətdə borcunu tam ödəmədikdə icra tədbirlərinin məcburi qaydada həyata keçriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılacağı, əmlakı üzərinə həbs qoyulacağı, tələbin gəlirinə yönəldiləcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, həmçinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi və cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Elektron bazadan çıxarışlardan görünür ki, Şəxs adına Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(021)-3420/2019 saylı icra sənədi üzrə yaranmış borcun ödənilməsi məqsədilə yönəldiləcək əmlak aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 22 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2019-cü il tarixli 2(021)-3420/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə tələbkar Aytac Abdullayevaya 260 manat miqdarında aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 10260 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 22 may 2023-cü ildə saat 1250-də tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən saat 1250-dən hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən saat 1250-dən hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-966/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-966/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver