Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-966/2025 23.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə , Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqıda materiala baxaraq məhkəmə M ü ə y yə n e t d i: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə asanpay ödəniş sistemindən axtarış zamanı müəyyən etdi ki, EQ 22025876 saylı protokol artıq mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 529-cu maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə protokolu, protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, xx.xx.1998-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhər Təbriz küçəsi ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş EQ 22025876 saylı protokol üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutараг məhkəmə, Qərarа aldı: xx.xx.1998-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhər Təbriz küçəsi ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş EQ 22025876 saylı protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-966/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-966/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver