Məhkəmə qərarları › İş №3(021)-98/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-98/2022

15.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-98/2022 15.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayon Qəhrəmanlı kəndində аnаdаn оlmuş, Bərdə rayon Saatlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 3(021)-91/2022, 3(021)-92/2022, 3(021)-93/2022, 3(021)-94/2022, 3(021)-95/2022, 3(021)-96/2022, 3(021)-97/2022, 3(021)-98/2022, 3(021)-99/2022 və 3(021)-100/2022 saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26.10.2021-ci il tarixdə Bərdə rayon Qəhrəmanlı kəndində X9 məxsus 2 ədəd somavar və qab-qacaq dəstini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.10.2021-ci il tarixdə Bərdə rayon Nazırlı kənd sakini X3 məxsus artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.01.2022-ci il tarixdə Bərdə rayon Həsənqaya kəndində yaşayan X10 məxsus artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.12.2021-ci il tarixdə Bərdə rayon Həsənqaya kəndində X6 məxsus avtomobildən 1 ədəd akkumlyator və mühərrik işə salan mexanizmi oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.09.2021-ci il tarixdə Bərdə rayon Qazaxlar kəndində X17 oğluna məxsus 20 metr kabel oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.09.2021-ci il tarixdə Bərdə rayon Qazaxlar kəndində X13 oğluna məxsus 20 metr kabel oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.09.2021-ci il tarixdə Bərdə rayon Zümürxan kəndində X11 oğluna məxsus artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.09.2021-ci il tarixdə Bərdə rayon İmamqulubəyli kəndində camaatın ümumi istifadəsində olan artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26.09.2021-ci il tarixdə Bərdə rayon Qazaxlar kəndində X17 oğluna məxsus artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.12.2021-ci il tarixdə Bərdə rayon Şatırlı kəndində X15 oğluna məxsus elektrik kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayon Qasımbəyli kənd sakini X5 həyətindən 1 ədəd velosiped oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-91/2022, 3(021)-92/2022, 3(021)-93/2022, 3(021)-94/2022, 3(021)-95/2022, 3(021)-96/2022, 3(021)-97/2022, 3(021)-98/2022, 3(021)-99/2022 və 3(021)-100/2022 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 15 yanvar 2022-ci il tarixdə saat 13:00-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar