Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-98/2023 09.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, Şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirаkları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarından şikayətçi X11 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ilə X11 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 təbii sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bərdə rayon Nazırlı kənd sakinidir. Torpaq sahələri yaşadıqları kənddən xeyli kənarda yerləşir. Həmin torpaq sahələrinə Oğlanbaba meşəsi deyilən yerin yanından keçməklə gedirlər. Həmin meşənin yanından keçib sahələrinə getmək təhlükəli və qorxuludur. Belə ki,meşədə olan çaqqallar, canavarlar insanlara və heyvanlara dəfələrlə hücum çəkmişlər. Bu isə onları həmişə ehtiyatlı olmağa sövq edir. xx.xx.2023-cü il tarixdə həyatı təhlükəyə məruz qalmamaq üçün özümə məxsus "İJ" markali 16 kalibr, 1 lülə, E-38421 nömrəli ov silahımı götürüb evdən çıxmış, mal-qaralarını gətirmək üçün yola düzəlmiş, elə bu anda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona hücum etmiş, ona zor tətbiq edərək onun silahını və üzərində olan cəmi bir ədəd patronu almışlar. Bundan sonra onun barəsində inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3.-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin Qərarın heç bir qanuni əsası yoxdur. Belə ki, onun cəmi bir patronum olmuş, heç bir ov etməmiş,ov etmək niyyəti də olmamışdır. Hesab edir ki, onun barəsində belə bir qərarın qəbul edilməsi haqsızlıqdır, ədalətsizlikdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X11 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2023-cü tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 göstərdi ki, 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon ərazisində xx.xx.2023-cü il tarixdə reyd keçirən zaman Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X15 X4 Meşəbəyliyinin 01 saylı dolayısında meşə arası yolun sağ hissəsində 2 nəfər şəxsin ov təqib etməsini müşahidə etmişlər. X8 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə aşkar olunmuşdur. Hesab edir ki, X8 şikayəti əsassızdır və qərar ləğv edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 təbii sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli protokolun surətindən görünür ki, Bərdə rayon Nazırlı kənd ərazisində Bərdə RMTM-nin Oğlanbaba Meşəbəyliyinin 01 saylı dolayısında X11 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində qanunsuz ov təqib etdiyi üçün İXM-nin 272.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli qərarın surətindən görünür ki, X11 İXM-nin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon ərazisində xx.xx.2023cü il tarixdə reyd keçirən zaman Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X15 X4 Meşəbəyliyinin 01 saylı dolayısında meşə arası yolun sağ hissəsində 2 nəfər şəxsin ov təqib etməsini müşahidə etmişlər. X8 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə aşkar olunmuşdur. Lakin onun üzərindəki çantadan heç bir ovlanmış ov qəniməti aşkar edilməmişdir. İşdə olan X8 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilova verdiyi izahatdan görünür ki, evlərinə yaxın ərazidə sahəsinə mal heyvanlarına baxmaq üçün gedərkən dəfələrlə canavar sürüsüylə qarşılaşdığından hər ehtimala qarşı öz şəxsi ov silahını götürmüşdür. Beləliklə, İşin materiallarında müəyyən edilir ki, 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon ərazisində xx.xx.2023-cü il tarixdə reyd keçirən zaman Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X15 X4 X1 ov təqib etməsindən şübhələndiklərindən onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə aşkar olunmuşdur. Lakin onun üzərindəki çantadan heç bir ovlanmış ov qəniməti aşkar edilməmişdir. Bundan sonra barəsində İXM-nin 272.3-cü maddəsi ilə MN № ******* saylı, xx.xx.2023-cü tarixli protokol tərtib edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 təbii sərvətlər idarəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli qərarı ilə 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon ərazisində xx.xx.2023-cü il tarixdə reyd keçirən zaman Bərdə rayon Nazırlı kəndi ərazisində X8 ov təqib etməsindən şübhələndiklərindən onun üzərinə baxış keçirən zamanı onun üzərində ov silahı aşkar etsə də həmin ov silahın içərisində 01 ədəd patron aşkar olunmuş, həmçinin onun üzərindəki çantadan heç bir ovlanmış ov qəniməti aşkar edilməmişdir. Bununla yanaşı iş materiallarında olan şəkillərə baxış zamanı müəyyən olunur ki, hadisə yaşayış evlərinin yaxınlığında olmuşdur. Həmin ərazi isə ov üçün müvafiq yer deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiyi kimi öz mal-qarasını aparan zaman yaxınlıqda olan vəhşi heyvanlara qarşı həmin silahın götürülməsi inandırıcı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, əgər şəxs ova çıxmışdırsa ov silahında 1 ədəd patron deyil, daha çox patron olardı. Məhkəmə qeyd edir ki, İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. X11 barəsində qərar şübhələr əsasında ov təqib etməsi ilə əlaqədar qəbul olunmuşdur. Ov təqib etməsi kimi isə onu göstərmişlər ki, əlində ov silahı olmuşdur. X3 xx.xx.2023-cü il tarixdə Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X15 X4 Meşəbəyliyinin 01 saylı dolayısında ov təqib etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X8 ov təqib etdiyi sübut olunmadığından barəsində inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Belə olan halda X8 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, MN № ******* saylı X8 1000 manat məbləğində cərimə edilməsi barədə qərarı ləğv edilməli, X8 barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X13 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. X8 barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-98/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-98/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver