Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-988/2025 29.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, orta təhsilli, ailəli, Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin DYPB-nin YPXB-nün inspektorları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bərdə rayonu, Mustafaağalı kəndində xidmətdə olarkən ** EB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Şəxs yaxınlaşaraq avtomobilə dair sənədlərin təqdim olunması tələb olunmuş, lakin sürücü avtomobilin şüşəsini endirmədən qapıları bağlamış, sənədləri təqdim etməkdən imtina etmiş və Bərdə rayon X5 Paxtrul Xidmətinin əməkdaşlarının dəvət olunmasını tələb etmişdir. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Post Patrul Xidmətinin əməkdaşları Dövlət yol polisi əməkdaşlarının çağrışına getmiş, Şəxs avtomobilin açarların təqdim etdikdən sonra o və ona məxsus avtomobil polis şöbəsinə gətirilmişdir. İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bakı şəhərində yaşayır. xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində yas mərasimindən qayıdarkən Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən orta məktəbin qarşısında yol kənarında Bərdə rayon Polis Şöbəsinin DYPB-nin YPXB-nün inspektorları tanımadığı avtomobili saxladığından keçəmək mümkün olmadığı üçün ona DYP əməkdaşı saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. Həmin avtomobil getdikdən sonra tanımadığı DYP əməkdaşı ona yaxınlaşmış avtomobilin sənədlərin istəmiş, həmin DYP əməkdaşı papaqsız, döş nişansız və kamerasız olduğu üçün avtomobilin qapıların kilidləmiş, avtomobilin pəncərəsindən həmin şəxsə avtomobilin sənədlərin təqdim etməyəcəyini bildirmişdir. Bundan sonra DİN-nin 102 çağrı mərkəzinə zəng edərək onu Bərdə rayon polis şöbəsinin DYPB-nin əməkdaşlarının papaqsız, döş nişansız və kamerasız onu saxladaraq avtomobilin sənədlərini tələb etdiklərini bildirmiş və Bərdə rayon X5 patrul xidməti əməkdaşlarının dəvət olunmasını xahiş etmişdir. Post patrul xidməti əməkdaşları gəldikdən sonra avtomobildən enmiş və avtomobilin açarların onlara təqdim etmişdir. Post patrul xidməti əməkdaşları açarları DYPB-nin əməkdaşlarına təqdim etmiş onu isə Bərdə rayon polis şöbəsinə gətirmişlər. Avtomoblinin nömrə nişanı qanunauyğundur, avtomobilin ön şüşəsi isə çatlaq olsada görnüşü məhdudlaşdırmır. Hesab edir ki, heç bir qanun pozuntusuna yol vermədiyindən barəsində tərtib edilmiş protokollar əsassızdır və protokol üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilinin arxa dövlət qeydiyyat nişanının üzərində deşik olması barədə məlumatı olmuş, belə ki, əvvələr 374 nömrəsinin 3 rəqəminin üzərindən nömrəni avtomobilə bərkitmək üçün şurubla onu bağlamış, avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılan zaman isə şurub olmadığına görə nömrədə deşik yaranmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Bərdə rayon Polis Şöbəsinin DYPBnin YPXB-nün inspektoru işləyir. xx.xx.2025-ci il tarixdə həmkarı Zərərçəkmiş şəxs1 ilə Bərdə rayonu, Mustafaağalı kəndində xidmətdə olarkən ** EB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön şüşəsinin çatlaq və dövlət nömrə nişanında deşik olması səbəbilə saxlamış, avtomobili idarə edən Şəxs yaxınlaşaraq içkili olub-olmamasını soruşmuş, avtomobilə dair sənədlərin təqdim olunması ondan tələb olunmuşdur. Sürücü avtomobilin qapıların kilidləmiş, avtomobildən enməyərək şüşəsini az endirərək deyilən nöqsanları qəbul etməmiş və sənədləri təqdim etməkdən imtina edərək post patrul xidməti əməkdaşların ora dəvət olunmasını tələb etmişdir. Sürücüyə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin sürücü hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Bərdə rayon X5 patrul xidmət əməkdaşları ora dəvət olunmuş, X5 patrul xidmət əməkdaşları gəldikdən sonra sürücü avtomobildən enmiş, avtomobilin açarların post patrul xidməti əməkdaşlarına təqdim etmişdir. Post patrul xidməti əməkdaşları avtomobilin açarların onlara təqdim etmiş, bundan sonra sürücü Bərdə rayon polis şöbəsinə gətirilmiş və sürücüyə məxsus avtomobil şöbənin duracağına yerləşdirilmişdir. Şöbənin duracağında avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Sürücü onların qanuni tələblərinə tabe olmadığından barəsində qanuni tədbir görülməsin tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Bərdə rayon Polis Şöbəsinin DYPBnin YPXB-nün inspektoru işləyir. xx.xx.2025-ci il tarixdə həmkarı Zərərçəkmiş şəxs2 ilə Bərdə rayonu, Mustafaağalı kəndində xidmətdə olarkən ** EB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön şüşəsinin çatlaq və dövlət nömrə nişanında deşik olması səbəbilə saxlamışlar, avtomobili idarə edən Şəxs yaxınlaşaraq içkili olub-olmamasını soruşulmuş, avtomobilə dair sənədlərin təqdim olunması ondan tələb olunmuşdur. Sürücü avtomobilin qapıların kilidləmiş, avtomobildən enməyərək şüşəsini az endirərək deyilən nöqsanları qəbul etməmiş və sənədləri təqdim etməkdən imtina edərək post patrul xidməti əməkdaşların ora dəvət olunmasını tələb etmişdir. Sürücüyə ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmaması bildirmiş, lakin sürücü hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Bərdə rayon X5 patrul xidmət əməkdaşları ora dəvət olunmuş, X5 patrul xidmət əməkdaşları gəldikdən sonra sürücü avtomobildən enmiş, avtomobilin açarların post patrul xidməti əməkdaşlarına təqdim etmişdir. Post patrul xidməti əməkdaşları avtomobilin açarların onlara təqdim etmiş, bundan sonra sürücü Bərdə rayon polis şöbəsinə gətirilmiş və sürücüyə məxsus avtomobil şöbənin duracağına yerləşdirilmişdir. Şöbənin duracağında avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Sürücü onların qanuni tələblərinə tabe olmadığından barəsində qanuni tədbir görülməsin tələb edir. Məhkəmə iclası zamanı təqdim olunan video diskə baxış zamanı “Ford Transit” markalı avtomobilin ** EB *** dövlət qeydiyyat nömrə nişanının üzərində deşik olması, nişanın qeyri-standart olması müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclası zamanı təqdim olunan video diskə baxış zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs YPX əməkdaşlarının avtomobilinin qapısını açaraq düşməsi barədə tələblərini yerinə yetirmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş: Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 14:56-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN №2405441 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 96.1-ci maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobilinin dövlət qeydiyyat nişanının qeyri-standart olması səbəbilə YPX-nin əməkdaşları tərəfindən avtomobildən kənarlaşdırılması məqsədilə avtomobildən düşməsi barədə qanuni tələblərini yerinə yetirməmişdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 8 (səkkiz) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 14:56-dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 14:56-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-988/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-988/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver