Məhkəmə qərarları › İş №3(021)-991/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-991/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-991/2022 12.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında materialı toplamış, Bərdə rayon Prokurorluğunun müstəntiqi X5, Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu Qaraçanlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Mehdixanlı İƏV-nin Hacallı kəndində yaşamış, Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 590.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Prokurorluğundan daxil olmuş 10 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bərdə rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, İ dərəcəli hüquqşünas Ruslan Əhədovun qərarından görünür ki, Şəxs İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs 25 may 2022-ci il tarixdə saat 09 radələrində Bərdə rayonu Hacallı kəndində məcburi köçkün kimi müvəqqəti məskunlaşmış X6 məxsus fərdi təsərrüfatda yerləşən və ailəsi ilə yaşadığı yaşayış evinin yataq otağında arvadı X3 yeməyi hazırlamadığına görə aralarında yaranan mübahisə zamanı Xasa Orucovanın mərhum anası X11 haqqında nalayiq ifadələr işlətməsindən əsəbləşib qisas almaq niyyətilə arvadını qəsdən öldürmək qərarına gələrək istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən əldə etdiyi və otağın sağ küncündəki iki gözlü pəncərənin yuxarısında kəmərdən asılmış ümumi uzunluğu 1150 mm, lüləsinin uzunluğu 735 mm,1965-ci il zavod istehsalı, 16 kalibirli «ИЖ-17” modelli, E 34100 nömrəli istifadəsində olan yivsiz odlu ov silahının (təhlükəli tüfəngin) 70 mm uzunluğu olan patronluğuna həmin silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan otaqda olan sellofanın içərisindəki qutudan götürdüyü 01 ədəd patronu yerləşdirərək lüləyi bağlayıb, çaxmağı döyüş vəziyyətinə keçirdikdən sonra Xasa Orucovanı öldürmək fikrini özlüyündə bir daha qətiləşdirib bu məqsədlə tətiyi çəkərək sonuncunun göbək nahiyyəsinə öndən-arxaya, sağdan-sola yuxarıdan-aşağıya döğru istiqamətdə təxminən 0,6-1 metr aralı məsafədən bir dəfə atəş açmaqla Xasa Orucovaya qırmaların təsirindən törənmiş qalça arteriyasının və venasının kəskin qanitirmə ilə nəticələnən yaralanmaları, bağırsaqların, uşaqlığın yaralanmaları, çanaq sümüyünün qəlpəli sınığı ilə qarın boşluğuna keçən göbək nahiyəsinin kor odlu silah (qırma) yaralanmaları ilə müşayiət edilən, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilən xəsarətləri yetirərək Xasa Orucovanı şəxsi münasibətlər zəminində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli 011-7984-1222 nömrəli məktuba əsasən DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahların və onlardan atılmış güllə və gilizlərin qeydiyyatı aparılır. Bu səbəbə görə də təqdim edilən 01 ədəd E- 34100 nömrəli, 16 kalibirli hamar tək lüləli İJ-17 modelli yivsiz ov tüfəngi həmin katotekada yoxlanılmamşdır. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 013-22175-1222 nömrəli məktuba əsasən DİN-nin mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində və axtarış uçotlarında “İJ-17” markalı, E34100 nömrəli ov tüfəngi barədə məlumat yoxdur. Materiala əlavə edilmiş 30 may 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən şahid X4 Təbriz Yadigar oğluna “ sən ailənlə olacağa köçdükdən təminən 5-6 gün sonra mən yenidən Bakı şəhərinə qayıtmışam. Nə məndə nə də ki mənim ailəmdə bu günə kimi heç bir odlu silah, sursat olmamışdır. Biz seyid nəslindənik. Odlu silah tüfəng bizim nəyimizə gərəkdir. Sən yalan ifadə vermisən. Sənə o tüfəngi mən verməmişəm. Səndə tüfəng olması ilə bağlı mənim heç bir məlumatım yox idi” sözlərini demişdir. 30 may 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən şahid X1 Təbriz Yadigar oğluna “sən ailənlə birlikdə bizim təsərrüfata köçdünüz. Səninlə oğlum Elşən mənə köməklik göstərməyin üçün razılaşmışdı. Olacaqda yaşadığınız müddətdə sizə əlimdən gələn yaxşılıqları etmişdim. Mənim ocağıma niyə qan saldın. o günahsız qızı niyə öldürdün. Biz sənə nə vaxt tüfəng vermişik. Seyid qapısında tüfəng nə gəzir. Niyə bizi şərləyirsən. Bizim sənə nə pisliyimiz dəymişdir.” sözlərini demişdir. Bununlada Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış inzibati mütarial baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında materialı toplamış, Bərdə rayon Prokurorluğunun müstəntiqi Süleyman Tağıyev izahatında göstəmişdir ki, Şəxs istintaqla mnüəyyən edilməsi mümkün olmayan mənbədən ümumi uzunluğu 1150 mm, lüləsinin uzunluğu 735 mm,1965-ci il zavod istehsalı, 16 kalibirli «ИЖ-17” modelli, E 34100 nömrəli istifadəsində olan yivsiz odlu ov silahı əldə edərək yaşadığı evdə salxyaraq həmin silahla arvadı Xasa Orucovanı qəsdən öldürmüşdür. Bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati xəta haqqına material toplanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X13 inzibati xəta haqqında materialı müdafiə edərək təmin edilməsini xahiş etdi. İş materiallarında olan 25 may 2022-ci il tarixli, cinayət işinin başlanması və ibtidai istintaqın tapşırılması haqqında” qərardan görünür ki, Şəxs arvadı X14 yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı istifadəsində olan ov tüfəngi ilə 1 dəfə atəş açmaqla öldürməsi faktına görə Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 25 may 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Süleyman Tağıyevin icraatına qəbul edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməli etiraf edərək özünü təqsirli bilmiş, törətdiyi əməldən peşiman olduğunu göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ***-*******22 nömrəli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində və axtarış uçotlarında “İJ-17” markalı, E34100 nömrəli ov tüfəngi barədə məlumat yoxdur. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla hazırki inzibati xətanın predmeti olan “İJ-17” markalı, E34100 nömrəli ov tüfəngi ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış inzibati xəta haqqında material və mötəbər sübutlar ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 590.2.ci maddəsinə sasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşimançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır, məhkəmə tərəfindən hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və törətdiyi əməli nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan silah müsadirə edilməklə 80 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki inzibati xətanın predmeti olan ov silahı ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanındığından inzibati xətanın törədilməsində alət olan predmetin müsadirəsi cinayət işi üzrə məhkəmənin hökm və ya yekun qərarı qanuni qüvvəyə minənədək təxirə salınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə inzibati tənbehi tətbiq edilsin. Ümumi uzunluğu 1150 mm, lüləsinin uzunluğu 735 mm,1965-ci il zavod istehsalı, 16 kalibirli «ИЖ-17” modelli, E 34100 nömrəli istifadəsində olan yivsiz odlu ov silahı müsadirə edilsin. İnzibati xətanın predmeti olan ov silahının müsadirəsi ********* nömrəli cinayət işi üzrə məhkəmənin hökm və ya yekun qərarı qanuni qüvvəyə minənədək təxirə salınsın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar