Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-993/2024 12.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Xocalı rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* saylı, 22 avqust 2024-cü il tarixli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xocalı rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 22 avqust 2024-cü il tarixli qərar ilə X4 barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X4 həmin qərardan şikayət verərək, qərarının ləğv olunmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, övladı X2 rayon, Əsgəran qəsəbəsi ərazisində ona məxsus olan X12 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2024-c4 il tarixli TT6700460 nömrəli qərarı ilə Xocalı rayon Yol Patrul xidməti inispektoru poliş baş serjantı X7 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə olunmuşdur. Halbuki o, yol hərəkət qaydasını pozmamış və heç bir inzibati xəta törətməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. X1 məhkəməyə teleqram göndərərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul olunmasını xahiş etmişdir. Xocalı rayon Yol Patrul Xidmətinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Xocalı rayon Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Xocalı rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* saylı, 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, X4 xx.xx.2023-cü il tarixdə X12 markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsə də, məhkəməyə TP ******* saylı, 22 avqust 2024-cü il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları təqdim edə bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X3 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Xocalı rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 22 avqust 2024-cü il tarixli qərarından X3 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, 22 avqust 2024-cü il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-993/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-993/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver