Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-993/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, 10 avqust 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 30 sentyabr 2025-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9222 manat məbləğində borcu yaranmış, borclu icra sənədləri üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9222 manat məbləğində pul ödəməlidir. Məcburi köçkündür, heç bir yerdə işləmir. Son dövrlərdə öd kisəsindən əməliyyat olunmuşdur. Borcunu ödəməkdən boyun qaçırmır, lakin borcunu ödəməyə maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir. İmkanı olan kimi borcunu ödəməyə söz verir. Özlərinin ayrıca evləri yoxdur, qohumlarına məxsus olan evdə müvəqqəti məskunlaşıb yaşayırlar. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsinə əsasən tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9222 manat məbləğində pul ödəməlidir. Borclu Şəxs borcunu ödəyə bilmədiyinə görə onun əmlak vəziyyəti tərəflərindən yoxlanılmış, lakin borcun ödənilməsi üçün üzərinə həbs qoyula biləcək əmlak, o cümlədən daşınmaz əmlak aşkar edilməmişdir. Şəxs qətnamənin icrasından qərəzli boyun qaçırmamışdır, ödəniş etməyə maddi imkanı olmadığını bildirmiş və madi imkanı yaranan kimi həmin borcu ödəməyə söz vermişdir. İş materiallarında olan portal məlumatlarından müəyyən olunur ki, Şəxs adına heç bir növ əmlak aşkar edilməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilən 13 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Ağdam Rayon Məhlkəməsinin 13 mart 2025-ci il tarixli, 2(021)-384/2025 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi qeyd olunsa da, protokola əlavə edilmiş sənədlərdən görünür ki, borclunun borcunu ödəməsi üçün üzərinə həbs qoyula biləcək hər hansı əmlakı aşkar edilməmiş, habelə borclu Şəxs istər Bərdə Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatında, istərsə məhkəmə iclasında verdiyi izahatında qətnamənin icrasından boyun qaçırmadığını, lakin maddi imkanının olmaması ilə əlaqədar olaraq borcunu ödəyə bilmədiyini bildirmiş, imkanı olan kimi məhkəmə qərarını icra edərək borcunu ödəməyə söz vermişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə həm də onu nəzərə alır ki, borclu Şəxs torpaqlarımızın işğalı nəticəsində öz yurdundan məcburi köçkün düşmüş şəxsdir, Bərdə rayonunda özünün yaşayış yeri yoxdur və qohumlarına məxsus olan evdə müvəqqəti məskunlaşıb yaşayırlar. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-993/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-993/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver