Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-997/2022 15.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Xİİİ Tağım polis kapitanı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx xxxxxx 1985-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Kəlbəcər rayonu Susuzluq kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Əyricə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Xİİİ Tağım polis kapitanı X6 protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində st.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu Əyricə kəndi ərazisindən keçən 53-cü kilometrliyində sürücü Şəxs idarə etdiyi "VAZ 2109" minik markalı **-CD-*** qeydiyyat nişanlı avtomobillə sürücü X3 idarə etdiyi "Mercedes Benz E220" minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "VAZ 2109" minik markalı avtomobilin sürücüsü Şəxs, "Mercedes Benz E220" minik markalı avtomobilin sürücü X7 və sərnişini X5 xəsarət almışdır. Şəxs əməlində cinayət hadisəsi olmadığından toplanmış HK-1/780 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Əyricə kəndi ərazisindən keçən 53-cü kilometrliyində idarə etdiyi "VAZ 2109" minik markalı **-CD-*** qeydiyyat nişanlı avtomobillə sürücü X3 idarə etdiyi "Mercedes Benz E220" minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə özü, "Mercedes Benz E220" minik markalı avtomobilin sürücü X7 və sərnişini X5 xəsarət almışdır. Əməlindən peşmandır və bir daha bu cür hallara yol verməyəcəkdir. Nəzərə alınmasını məhkəmə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də zərərçəkmiş şəxslərə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokolla sübuta yetirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:50-də “VAZ 2109” minik markalı, 57CD598 avtomobili idarə edərkən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/780 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti BDYPİ-nin YPX Alayına görədilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki; xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Əyricə kəndi ərazisindən keçən 53-cü kilometrliyində sürücü Şəxs idarə etdiyi "VAZ 2109" minik markalı **-CD-*** qeydiyyat nişanlı avtomobillə sürücü X3 idarə etdiyi "Mercedes Benz E220" minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "VAZ 2109" minik markalı avtomobilin sürücüsü Şəxs, "Mercedes Benz E220" minik markalı avtomobilin sürücü X7 və sərnişini X5 xəsarət alaraq Bərdə rayon Mərkəzi xəstəxanasına müraciət etmişlər. Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2022-ci il tarixli 892 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü X7 ayıq vəziyyətdə olmuşdur. Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2022-ci il tarixli 893 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü Şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 477 nömrəli rəyindən məlum olmuşdur ki, X1 bədənində aşkar edilmiş xəsarət-sağ gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sağ gözün ağlı qişasına yayılmış qansızma, bədən səthinin çoxsaylı sıyrıqları - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə poaulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 487 nömrəli rəyindən məlum olmuşdur ki, X3 bədənində aşkar edilmiş xəsarət - sol əlin arxa səthinin əzilmiş yarası, aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan sol aşıq çaldır oynağinin şişkinliyi və qançırı - küt alətin təsirindən əmələ gəlmişdir. əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə poaulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 531 nömrəli rəyindən məlum olmuşdur ki, X4 bədənində aşkar edilmiş xəsarət - çənəaltı nahiyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 523 nömrəli rəyindən məlum olmuşdur ki, Şəxs bədənində xəsarət və ya xəsarət işi aşkar olunmamışdır. Müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi "VAZ 2109" minik markalı **-CD-*** qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozub yol-nəqliyyat hadisəsi törədərək, zərər çəkmiş şəxslərin yüngül dərəcəli xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə sasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edib səmimi peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, bаrəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-997/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-997/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver