Məhkəmə qərarları › İş №3(021)-997/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-997/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-997/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firridun oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və Bərdə rayon 2-ci Hacallı Bələdiyyəsinin sədri Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Hacallı kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Bərdə rayon 2-ci Hacallı Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirdi ki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarının 2.5-ci bəndinə əsaən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bu barədə Bərdə rayon 2-ci Hacallı Bələdiyyəsinin sədri Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq həmin məlumatları təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bərdə rayon 2-ci Hacallı Bələdiyyəsinin sədri Şəxs bildirdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona xəbərdarlıq edilməmişdir. Lakin Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Bərdə rayon 2-ci Hacallı Bələdiyyəsinin sədri Şəxs İXM-in 253-1.1.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Lakin məhkəmə hesab edir ki, hazırki iş üzrə icraat xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1965-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bərdə rayon Bələdiyyəsinin sədri Şəxs yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar üzrə hazırlanmış cədvəl formasının doldurulması yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirlər planının tərtib edilərək razılaşdırılması üçün həm elektron (Elektron ünvan ünvanına), həm də rəsmi qaydada 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3, 253-1.4-cü maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X3 inzibati xəta haqqında MN № ******* saylı, 30 iyul 2024-cü tarixli protokolun surətindən görünür ki, Bərdə rayon Bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqin haqqında məlumatları idarəyə təqdim etmədiyinə görə İXM-nin 253-1.1.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253-1.1.3 Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 02 may tarixli 957-İVQ nömrəli Qanununun 12.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarının 2.5-ci bəndinə əsaən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən 4 aydan artıq müddət keçdikdən sonra inzibati xəta haqqında materialı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə göndəilmiş, bununla da müddətin ötürülməsinə zəruri şərait yaranmasına səbəb olmuşdur. Belə olan halda İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçmiş olur. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin 53.0.6-cı maddəsinə əsasən- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinməli, “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul edilməsindən 03 aydan artıq vaxt keçdiyindən barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 38, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü mаddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi ilə əlaqədar xitam verilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın surəti qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar