Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-998/2024 24.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya şöbəsində xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(021)-1717/2021 saylı icra vərəqəsindən görünür ki, 07 iyun 2006-cı ildə anadan olmuş X3 və 27 aprel 2008- ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs 01 sentyabr 2021-ci ildən başlayaraq ayda hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2024-ci il tarixli Şəxs ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra məmurları tərərfindən yaranmış aliment borcu ilə əlaqədar əmlaka baxış keçirilmişdir. Gündəlik tələbat mallarından başqa əmlak aşkar edilmədiyindən əmlak üzərinə həbs qoyulması mümkün olmamışdır. İcra sənədi üzrə borc ödənilmədiyindən xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-998/2024 saylı qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İcra işi üzrə tələbkar Zərərçəkmiş şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-998/2024 saylı qərarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-546/2024-cü il tarixli, qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-998/2024 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən inzibati iş Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xətа hаqqındа prоtоkоldan görünür ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədi üzrə cəmi yaranmış 7480 manat aliment borcunu tam ödəməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021 )- 1717/2021 nömrəli icra sənədinə əsasən 2 uşağın saxlanılması üçün 260 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs barəsində iki dəfə protokol tərtib edilmişdir. - Birinci dəfə tərtib edilmiş protokol hazırda baxılan, xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokoldur, bu protokol ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)998/2024 saylı inzibati iş üzrə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bundan sonra yenidən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə, xx.xx.2024cü il tarixli, MN ******* saylı protokol tərtib edərək, məhkəməyə verilmişdir. Həmin Protokol üzrə Bərdə Rayon Məhkəməsinin 3(021)-1164/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra borclu borcunun ödənilməsində əsaslı dönüş etmişdir. Hazırda 1740 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli Bərdə rayon məhkəməsinin 3(021)-998/2024 saylı qərardan görünür ki, Şəxs barəsində İXM-nin 528.1 maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs hesabına müxtəlif zamanlarda pul məbləği köçürülmüşdür. İş materiallarında olan şəxsin kartoçkası sənədindən görünür ki, Şəxs xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. ünvan 2 ünvanında yaşayır. Məhkəmə hesab edir ki, Şəxs Rəşad oğluna Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-1164/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında qərarın olması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Rəşad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında qərar olması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-998/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-998/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver