Məhkəmə qərarları › İş №3(021)-999/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-999/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-999/2025 03.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, zərərçəkmiş şəxslər X2 və X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bərdə rayonu Həsənli kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Babək küçəsi 2/43-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 oktyabr 2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində yüksək səslə nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 02 oktyabr 2025-ci ildə əsəbi olduğundan Bərdə şəhəri H.Aslanov küçəsində telefonla danışarkən ucadan naliyiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq intizama dəvət etsələr də onların qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərini davam etdirərək, onu saxlamaq istəyən polis əməkdaşlarını itələyərək qaçıb getmək istəmişdir. Özü kolbasa sexində fəhlə işləyir. Pul problemi və sıxıntısı olduğundan bu cür hərəkətlərə yol vermişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında göstərdi ki, Şəxs 02 oktyabr 2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində telefonla danışarkən yüksək səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq intizama dəvət etmiş, hərəkətlərinə son qoymasını tələb etmişlər. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçıb getmək istəmiş, polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X5 göstərdi ki, xx.xx.2025-ci ildə xidmətdə olan vaxt Şəxs Bərdə şəhəri H.Aslanov küçəsində, əhalinin gur olan yerində telefonla danışarkən nalayiq ifadələr işlətdiyini görmüşlər. Sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizamintizama dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmayaraq onun işinə qarışmamalarını bildirmişdir. Sonuncunu saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə gətirmək istədikdə onların əllərini itələyib qaçmaq istəmiş, lakin onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X6 göstərdi ki, xx.xx.2025-ci ildə Bərdə şəhəri, H.Aslanov küçəsində xidmətdə olarkən Şəxs əhalinin gur olan yerində telefonla danışarkən nalayiq ifadələr işlətdiyini görmüşlər. Sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, onun işinə qarışmamalarını bildirmişdir. Sonuncunu saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə gətirmək istəsələr də əllərini itələyib maşına minmək istəməmişdir. Şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyib belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərərçəkmiş şəxslərin ifadələri, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə RPŞ-nin əməkdaşları Şəxs qanunsuz hərəkətlərini dayandırmağı tələb etmələrinə baxmayaraq, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq özünün qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İXM-nin 33.1.1-ci maddəsinə görə, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 02 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 2012-də inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 02 oktyabr 2025-ci il tarixdən saat 2012-dən hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 02 oktyabr 2025-ci il tarixdən saat 2012-dən hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar