Məhkəmə qərarları › İş №3(022)-1/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1/2023 24.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X2 AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X8 iştirakı ilə, X2 barəsində AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 onun barəsində tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın qanunsuz olduğunu bildirmiş və şikayətin təmin olunmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin sədridir.Bu yaxınlarda ona bəlli olmuşdur ki, AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsi tərəfindən 3000 manat cərimə olunmuşdur.Qərarı onunla əsaslandırılmışdır ki, guya o, ekalogiyanı tullantılarla zibilləmişdir.Halbuki, həmin işin ona heş bir aidiyyatı yoxdur. Odur ki, o, AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X7 onun barəsində çıxardığı inzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarını qanunsuz və ədalətsiz hesab edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X13 bildirmişdir ki, X6 idarə tərəfindən tətbiq edilmiş 14 mart 2022-ci il tarixli G-MG/4022-022 saylı icrası məcburi olan müddətli məcburi göstərişin tələblərini yerinə yetirməmişdir. Buna görə də X6 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsi tərəfindən AR İXM-nin 541-ci maddısi ilə 3000 manat məbləğində cərimə edilmişdir.Qərar qanuni və əsaslıdlr. Ona görə də X2 şikayəti əsassızdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərardan şikayət vermiş X4 və 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsini dinləyərək hesab edir ki, 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv edilməsinə dair X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işdə olan 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərardan görünür ki, Biləsuvar rayonu, Zəhmətabad kənd sakini X6 idarə tərəfindən tətbiq edilmiş 14 mart 2022-ci il tarixli G-MG/4022-022 saylı icrası məcburi olan müddətli məcburi göstərişin tələblərini yerinə yetirmədiyinə görə İXM-in 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan foto şəkillərdən də görünür ki, həqiqətən də ekalogiya tullantılarla zibillənmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla X6 idarə tərəfindən tətbiq edilmiş 14 mart 2022-ci il tarixli G-MG/4022-022 saylı icrası məcburi olan müddətli məcburi göstərişin tələblərini yerinə yetirmədiyinə görə İXM-in 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Habelə, 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 29 sentyabr 2022ci il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi üçün X2 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X2 şikayəti təmin edilməsin. 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar