Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1/2025 01.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X6 məhkəmə-iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X5 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 iyun 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüqugi şəxs “STONE FİST" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********7439 və **********7495 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunmuş 123530 kiloqram qranit daşı (XİF MN 680223 0000) yüklərdən ümumilikdə 8400 kq (202 m2 (qalınlığı 3 sm) və 60 m2 (qalınlığı 1.5 sm) bazalt daşı gömrük orqanına düzgün bəyan edilməmişdir. Nəticədə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Biləsuvar Gömrük İdarəsi Əməliiyat və təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən 02 oktyabr 2024-cü il tarixdə, 01200-00510/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında: Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs hüquqi ünvanına 29021862 və 29022316 geydiyyat nömrəli (Salyan d/y/s) vaqonlarında daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs tərəfindən 24 iyun 2024-cü il tarixli **********7439 və **********7495 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan yüklərə Salyan Dəmiryol stansiyasında gömrük baxışı keçirilmişdir. Baxış keçirilən zaman idxalatçı hüquqi şəxs Şəxs tərəfindən təqdim olunan yükərə dair sənədlər, o cümlədən 24 iyun 2024-cü il tarixli **********7439 və **********7495 sorğu nömrəli gömrük bəyannamələrində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Yükə dair sənədlərdə göstərildiyi kimi bəyan olunmuş 24 iyun 2024-cü il tarixli **********7439 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal (gömrük bəyannaməsi bir addadır) mövqeyində və 680223 0000 XİF MN kodu altında göstərilən 64100kg (65000kg BRUTTO) çəkidə, müxtəlif ölçülərdə (2*30*60-69.84 m2, 2*40*M/L- 1179.12 m2, 3*60*M/L -104,76 m2, 3*60*60-64.02 m2) ümumilikdə 1417.74m2 “Qranit daşı” yükünün, eyni zamanda 24 iyun 2024-cü il tarixli **********7495 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal (gömrük bəyannaməsi bir addadır) mövgeyində 680223 0000 XİF MN kodu altında göstərilən 59430 kg (60350kg BRUTTO) çəkidə, nüxtəlif ölçülərdə (2*40*M/L-335.55 m2, 2*60*M/L-106 m2, 3*35*M/L- 280,73 m2, 2*40*60- :64 m2, 3*70*M/L-104.62 m2) ümumilikdə 1090.90 m2 “Qranit daşı” yükünün faktiki miqdarı ilə düzgünlüyü məlum olmuşdur. Bəyan olunmuş **********7439 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal (gömrük bəyannaməsi bir addadır) mövqeyində və 680223 0000 XİF MN kodu altında göstərilən 64100 kg (65000 kg BRUTTO) çəkidə, müxtəlif ölçülərdə (2*30*60-69.84 m2, 2*40*M/L-1179.12 m2, 3*60*M/L -104.76 m2, 1*60*60-64.02 m2) ümumilikdə 1417.74 m2 “Qranit daşı" yükünün 3600 kq-nın (100 m2 qalınlığı 3 sm) və 25 m2 (qalınlığı 1,5 sm) və **********7495 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal (gömrük bəyannaməsi bir addadır) mövqeyində və 680223 0000 XİF MN kodu altında göstərilən 59430kg (60350kg BRUTTO) çəkidə, müxtəlif ölçülərdə (2*40*M/L-335.55 m2, 2*60*M/L-106 m2, 3*35*M/L- 280.73 m2, 2*40*60-264 m2, l*70*M/L-104,62 m2) ümumilikdə 1090.90m2 “Qranit daşı” yükünün 4800 kg (102 m2 qalınlığı 3 sm) və 35 m2 (qalınlığı 1,5 sm) XİF MN kodu şübhə doğurduğundan həmin daşlardan götürülmüş nümunələr 27 iyun 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin X4 İdarəsinə təqdim olunmuşdur. AR DGK X4 İdarəsindən daxil olmuş ekspert rəyinə əsasən hüquqi şəxs Şəxs ünvanına 80 nömrəli 18 iyun 2024-cü il tarixli invoys üzrə idxal olunan nümunəsi təqdim edilən predmetin mişarlanmış, üzəri cilalanmış bazalt lövhələr olduğu və XİF MN-ə görə ********** alt yarımmövgeyində sinifləşdirildiyi müəyyən edilmişdir. Bununla da Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 02 oktyabr 2024cü il tarixdə, 01200-00510/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Şəxs barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs nümayəndəsi X7 bildirmişdir ki, rəhbəri olduğu Şəxsnə 23 iyun 2024-cü il tarixində İran İslam Respublikasından Dəmir yolu vasitəsi ilə ölkəyə “qranit" yükü gətirmişdir. Ümümi yükün çəkisin 123530 kiloqram (123,5 ton) (2 vaqon 64100 kq və 59430 kq), yükün ümumi gömrük dəyəri 12920 manat təşkil etmişdir. Gömrük ödənişini 23 iyun 2024-cü il tarixində bəyannamlər əsasında ödəmiş, daha sonra 123,5 ton yükü gömrük ərazisində öz ambarına aparanda yükün 8,4 tonu gömrük əməkdaşı tərəfindən bazalt daşı olması gümanı ilə saxlanılmışdır. Bundan sonra daş nümunələri Azərbaycan Milli Elmlər X1 eksprertiza məqsədilə göndərilmişdir. Bu zaman daşın qranit olması haqqında akt verildi, digər nüsxəsi isə ekspertiza mərkəzinə göndərilmişdir. Daha sonra o, təklif etdi ki, gömrük bəyənnaməsi sistemdə geri vurulsun və o da 8,4 yükün əlavə ödənişini edərək, yükləri öz anbarına aparsın. Çünki, bu yükün gömrük ərazisində qalması sahibkar kimi onun fəaliyyətinə ciddi zərər vurur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, Z.Ə.Zülfüqarov bildirmişdir ki, qranit daşı üzrə gömrük ödənişi 180 manat, digər daşlar sinfinə aid olan daşların gömrük ödənişi isə 100 manat məbləğindədir. Həmçinin Z.Ə.Zülfüqarov izahatında bildirdi ki, gətirdiyi yükün heç bir kilogramı və heç bir kvadratı bazalt daşı deyildir. İran İslam Respublikasından bazalt daşı istehsal olunmur. Sonda Şəxs nümayəndəsi X7 barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19/630 nömrəli, 05 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bazalt daşlarının 24 iyun 2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 24400 manat müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi”nin malların texniki göstəricilərinin ekspertizası, malların XİF MN-a uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizasının GM**********58 nömrəli ekspert rəyindən görünür ki, Şəxs ünvanına 81 nömrəli 18 iyun 2024-cü il tarixli invoys üzrə idxal olunan yük mişarlanmış, üzəri cilalanmış bazalt lövhələr olub XİF MN-ə görə 6802 29 0000 alt yarımmövqeyində sinifləşir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi”nin malların texniki göstəricilərinin ekspertizası, malların XİF MN-a uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizasının GM**********60 nömrəli ekspert rəyindən görünür ki, Şəxs ünvanına 80 nömrəli 18 iyun 2024-cü il tarixli invoys üzrə idxal olunan yük mişarlanmış, üzəri cilalanmış bazalt lövhələr olub XİF MN-ə görə 6802 29 0000 alt yarımmövqeyində sinifləşir. “Baxış və götürmə haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, idxalatçı Şəxs Salyan dəmiryol stansiyasında yerləşən anbarının qapısına vurulmuş plomb (stiker) açılaraq yüklərə baxış keçirilmiş, baxış zamanı hüquqi şəxs Şəxsndən götürülmüş 8400 kiloqram (202 m2 (qalınlığı 3 sm)) və 60 m2 (qalınlığı 1.5 sm) yüklərin düzgünlüyü müəyyən edildi, AR DGK X4 İdarəsindən daxil olmuş ekspert rəyinə əsasən 8400 kq (202 m2 (qalınlığı 3 sm)) və 60 m2 (qalınlığı 1.5 sm) yüklər maddi sübut kimi həmin protokol əsasında tərəflərindən götürülmüşdür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, fakt üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması, qərara alınmışdır. “İnzibati xəta haqqında” 02 oktyabr 2024-cü il tarixli, 01200-00510/24 nömrəli protokoldan görünür ki, 24 iyun 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs tərəfindən **********7439 və **********7495 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunmuş 123530 kq qranit daşı (XİF MN 680223 0000) yüklərindən ümumilikdə 8400 kq (202 m2 (qalınlığı 3 sm) və 60 m2 (qalınlığı 1.5 sm) bazalt daşı gömrük orqanına düzgün bəyan edilməmişdir. Buna görə də Şəxs barəsində 24 iyun 2024 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 02 oktyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı, 01200/00445 nömrəli qərardaddan görünür ki, hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 3 (006)-956/2024 saylı qərardadından görünür ki, mübahisə predmeti olan daşlar barəsində materialların məhkəmə ekspertizası təyin edilmişdir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi”nin materialların məhkəmə ekspertizasının 6/5405-9/10015 nömrəli, 25 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələrin qeyri-üzvü tərkibi “SPEKTRO X-Sort-2 Combi System” markalı XRF cihazı ilə yoxlanılmış, nümunələrin qeyri-üzvü tərkibi silisium, alminium, dəmir və.s. elementlərinin oksidlərindən ibarətdir. Ekspert tədqiqatına təqdim edilmiş mübahisə predmetləri olan daşların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda əks olunan kod təsnifləşdirilməsinə aiddir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını, ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxsnə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində müəyyən edilmiş hədd çərçivəsində inzibati qaydada inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxsndən hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Gömrük İdarəsində maddi sübut qismində saxlanılan 8400 kq (202 m2(qalınlığı3 sm) və 60 m2 (qalınlığı 1.5 sm) olan yüklər Şəxsnə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 24400 (iyirmi dörd min dörd yüz) manat malların dəyərinin 30 (otuz) faizi miqdarında – 9760 (doqquz min yeddi yüz altmış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxsndən hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Gömrük İdarəsində maddi sübut qismində saxlanılan 8400 kq (202 m2 (qalınlığı3 sm) və 60 m2 (qalınlığı 1.5 sm) olan yüklər Şəxsnə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-1/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver